Azərbaycanlı iş adamı Moskvada VƏFAT EDİB

1

Rusiya paytaxtında azərbaycanlı iş adamı bu gün vəfat edib.

Hurriyyet.org-un xəbərinə görə, 1972-ci il təvəllüdlü Qurbanov İlham Ramazan oğlu mayın 30-da xəstəxanaya yerləşdirilib.

Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İ.Qurbanovun böyrək ağrısından əziyyət çəkdiyi deyilir.

Lənkəran şəhərində anadan olan mərhum ailəli imiş, iki övladı var. \\APA