Azərbaycanlıların Polşadan mümkün TƏXLİYYƏ ŞƏRTLƏRİ AÇIQLANDI

9 May, 2020, 23:14
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“İndiki vaxtda Polşadan Azərbaycana təxliyyənin vaxtı barədə dəqiq məlumat mövcud deyil”.

Bunu Azərbaycanın Polşadakı səfirliyi açıqlayıb.

Açıqlamada qeyd edilib ki, təxliyyə baş tutacağı təqdirdə səfirliyə təxliyyə ediləcək şəxs barədə aşağıdakı məlumatlar təqdim olunmalıdır.

1) Pasportun surəti

2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti

3) Polşada yaşamağı təsdiq edən sənədin surəti

4) Telefon nömrəsi

5) Statusunuz, Polşaya səfərin məqsədi (tələbə, işçi, turist, müalicə və s)

6) Azərbaycana qayıtmaq üçün bilet olduğu təqdirdə surəti

7) Polşaya gəlmə tarixi

8) Yerləşdiyiniz şəhər

Vətəndaşlara xatırladılıb ki, Azərbaycana təxliyyə olacaqları təqdirdə 15 gün müddətində karantin rejimində saxlanılacaqlar.

Xüsusilə qeyd edilməlidir ki, mümkün təxliyyə AZAL tərəfindən ÖDƏNİŞLİ əsaslarla həyat keçiriləcəkdir.

Əgər Azərbaycana ödənişli əsaslarla təxliyyə edilmək niyyətindəsinizsə, xahiş edirik yuxarıda qeyd edilmiş məlumatları tam şəkildə 14 may saat 12:00-a qədər səfirliyin [email protected] ünvanına göndərəsiniz. \\Modern.az


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93