AZAL sərnişinlərə bilet alışı ilə bağlı MÜRACİƏT EDİB

26 İyun, 2020, 23:24
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Xəbər verildiyi kimi, bu gün “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-İstanbul-Bakı reysinə biletlərin satışına başlayıb.

AZAL-dan Hurriyyet.org-a verilən məlumata görə, sosial şəbəkələrdə bəzi saytlar tərəfindən biletlərin baha qiymətinin əks olunduğu şəkillərin yayılmasına təəssüf ifadə edilib:

“Rəsmi olaraq bildiririk ki, İstanbul-Bakı istiqamətində AZAL aviaşirkətinin ekonom sinif üzrə biletin qiyməti 374 manat təşkil edir.

Bundan əlavə xaricdə təhsil alan Azərbaycanlı tələbələr üçün İstanbul-Bakı reyslərində AZAL aviabiletlərə 30% endirim təqdim edir.

AZAL sərnişinlərinə bilet alarkən aviaşirkətin rəsmi saytından istifadə etməyi, biletlərin qiyməti ilə bağlı təxribatlara və qeyri-dəqiq məlumatlara uymamağı tövsiyə edir. Bəzi hallarda biznes-sinif biletlərinin qiyməti bilərəkdən ekonom sinif biletinin qiyməti kimi göstərilmişdir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, aviaşirkət təxribatçı hərəkətləri, yəni bilərəkdən qeyri-dəqiq sosial əhəmiyyət daşıyan məlumatların yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93