Salam, xoş gəlmisiniz.

"AZAL İran üzərindən bütün aviareysləri ləğv etməlidir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2020-01-11 14:52:00

"Mühafizəkarların əlində olan SEPAH mötədil Ruhani hakimiyyətinə qarşı təxribatlar edəcək"

"İran ətrafında baş verən proseslər regionda ümumi təhlükəsizliyi təhdid edir. ABŞ-ın İrana qarşı sanksiyaları və Suriyada, İraqda hərbi obyektlərinə hücumlar Tehranın aqressiv siyasət yürütməsinə gətirib. Məhz "Boing" sərnişin təyyarəsinin vurulması bu siyasətin tərkib hissəsidir". Hurriyyet.org xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə məxsusdur.

Картинки по запросу Məhəmməd Əsədullazadə

Onun sözlərinə görə, "Azərbaycan Hava Yolları" (AZAL) İran ətrafında gərginlik səngiməyənə qədər təhlükəsizlik səbəblərinə görə İran üzərindən bütün aviareysləri ləğv etməli və alternativ yollardan istifadə etməlidir: "Qeyd edim ki, rəsmi Tehran səhvini etiraf etməsinə baxmayaraq, İran üzərindən uçuşlar təhlükəlidir. İranda paralel dövlət sistemi var. İran silahları qüvvələri və İnqilab Keşişləri Qvardiyası (SEPAH) ayrı-ayrı qurumdur. SEPAH dövlət içində dövlətdir və prezidentə tabe deyil. Ona görə də mühafizəkarların əlində olan SEPAH mötədil Ruhani hakimiyyətinə qarşı təxribatlar edəcək". Məhz bu səbəbdən də politoloq hesab edir ki, İran üzərindən uçuşlar SEPAH-ın nişangahına gəlmək deməkdir.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru