Azərbaycan dilinin yeni orfoepiya lüğəti hazırlanacaq

22 May, 2020, 14:07
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

AMEA Dilçilik İnstitutu Azərbaycan dilində sözlərin düzgün tələffüz formasını göstərən yeni orfoepiya lüğəti hazırlamağı planlaşdırır.

Hurriyyet.org xəbər verir ki, bunu Trend-ə institutun direktoru, akademik Möhsün Nağısoylu deyib.

İnstitut direktoru əlavə edib ki, lüğətin bu ilin sonunadək hazırlanması nəzərdə tutulsa da, pandemiya ilə əlaqədar tətbiq edilən karantin rejiminə görə bu iş ləngiyə bilər:

“Buna görə də lüğətin nə zaman hazır olacağını konkret söyləyə bilmərəm. Amma lüğətin hazırlanması üçün işçi qrup yaradılıb və müəyyən planlar tərtib edilib”.

M.Nağısoylu deyib ki, “Müasir Azərbaycan dili” kitabının birinci cildinin də nəşr edilməsi nəzərdə tutulub. Kitab Azərbaycanın dilinin “Fonetika” bölməsinə həsr ediləcək.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93