Azərbaycan diplomatları arasında koronavirusa yoluxan var? – RƏSMİ AÇIQLAMA

3

“Xaricdəki diplomatlarımız arasında yoluxma faktı ilə bağlı məlumat daxil olmayıb”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

L. Abdullayeva deyib ki, ölkəmizdəki xaricdəki diplomatik korpusun nümayəndələri arasında da yoluxma halı qeydə alınmayıb.