Azərbaycan-GUAM əlaqələri yüksələn xətlə inkişaf edir

2

Respublikamız GUAM-m gördüyü işlərdə fəal iştirak etməklə təşkilatın qlobal miqyasda rolunun artmasına kömək edib Bu bir həqiqətdir ki, balanslaşdırılmış xarici siyasət kursuna üstünlük verən Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurlu münasibətlər yaradıb. Respublikamızın yüksək səviyyəli əlaqələr formalaşdırdığı Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM da beynəlxalq qurumlar içərisində özünəməxsus əhəmiyyətə malikdir. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən butəşkilatın əsası 1997-ci il oktyabrın 10-da Strasburqda Birgə Kommunikenin imzalanması ilə qoyulub. Kommunikedə dövlət başçıları suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. 1999-cu ildən Özbəkistan da bu təşkilata üzv olub.

Regional münasibətlər və strateji hədəflər

Təsadüfi deyil ki, bundan sonra təşkilatın formalaşdırılması və təsisatlaşdırılması istiqamətində bir- birinin ardınca mühüm addımlar atıldı. Belə ki, 2001-ci il iyun ayının 7-də GUAM-ın ilk zirvə toplantısı Yaltada təşkil olundu. Toplantıda dövlət başçıları tərəfindən imzalanan GUAM-ın "Yalta Xartiyası" iştirakçı dövlətlər arasında əməkdaşlığın məqsədlərini, prinsiplərini və istiqamətlərini müəyyənləşdirdi. Bundan 4 il sonra təşkilatın Kişinyovda baş tutan zirvə toplantısı üzv dövlətlərin demokratik cəmiyyət, Avropaya inteqrasiya, iqtisadi inkişaf, regionda sabitlik və təhlükəsizlik məsələlərinə dair vahid mövqeyini ortaya qoydu. 2006-cı il 22-23 may tarixində gerçəkləşən Kiyev Zirvə toplantısı isə GU- AM üçün daha bir əlamətdar hadisə olan təşkilatın Nizamnaməsinin qəbulu ilə yadda qaldı. Təsadüfi deyil ki, təşkilatın əsas yaranma tarixi də, əslində, elə bu dövrdən hesablanır. Nizamnaməyə görə demokratik dəyərlərin bərqərar olması, davamlı inkişafın təminatı, beynəlxalq və regional təhlükəsizliyin gücləndirilməsi, Avratlantik məkana inteqrasiya, üzv dövlətlərin iqtisadi, humanitar və sosial sahələrdə əməkdaşlığının genişləndirilməsi təşkilatın başlıca məqsədlərini təşkil edir. GUAM dövlət başçıları tərəfindən Kiyev Zirvə toplantısında qəbul olunan Bəyannamədə təşkilatın qarşısında dayanan əsas məqsəd və vəzifələr müəyyənləşdirilib. Təşkilatın qarşısında duran əsas vəzifələr içərisində demokratiyanın möhkəmləndirilməsi, əsas insan hüquqları və azadlıqlarının qorunması, dövlətlərin iqtisadi inkişafının, təhlükəsizliyinin və sabitliyin təmin olunması məqsədilə qarşılıqlı əlaqələrin gücləndirilməsini göstərmək olar.

Təşkilatın adından da göründüyü kimi, üzv dövlətlər arasında iqtisadi əlaqələrin sıxlaşdırılması və qlobal iqtisadi proseslərdəki rolunun möhkəmlən- dirilməsi qurumun prioritetləri sırasındadır. Bu baxımdan, GUAM dövlətlərinin beynəlxalq tranzit potensialından istifadə olunması, enerji təhlükəsizliyi sahəsində səylərin artırılması, iqtisadiyyat, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi, həmçinin, Azad Ticarət Zonası haqqında üzv dövlətlər arasında imzalanan Sazişin həyata keçirilməsi və digər məsələlər Bəyannamədə də öz əksini tapıb. Lakin təşkilatın fəaliyyət sferaları bununla məhdudlaşmır. Məlumdur ki, regionların sərbəst inkişafı, demokratiyanın tam təşəkkül tapması üçün dövlətlərin suverenliyini, ərazi bütövlüyünü pozan, azadlığını məhdudlaşdıran, tam miqyaslı demokratik islahatların həyata keçirilməsini və regionun iqtisadi inkişafına mane olan münaqişələrin aradan qalxması lazımdır. Odur ki, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan bir təşkilat kimi, GUAM təcavüzkarlıq hallarını pisləyərək terrorçuluq, ekstremizm, aqressiv separatçılıq, işğal və bunlarla bağlı digər mənfi hallara qarşı mübarizə sahəsində əməkdaşlığa da böyük önəm verir.

GUAM-ın ən fəal üzvü Azərbaycan hesab olunur

Azərbaycan GUAM təşkilatı yarandığı vaxtdan qurumla və onun çərçivəsində üzv dövlətlərlə sıx əlaqələr qurub. Sonradan üzv olduğu digər təşkilatlardan fərqli olaraq, Azərbaycan bu qurumun yaradılmasında bilavasitə iştirak edib. Həmin dövrdə gənc müstəqil dövlət olan Azərbaycanın seçdiyi demokratik inkişaf yolunda inamla irəliləməsini, beynəlxalq mövqeyinin möhkəmlənməsini qarşıya prioritet məqsədlərdən biri kimi qoyan mərhum prezident Heydər Əliyev belə bir təşkilatın yaradılmasını yüksək qiymətləndirərək, onun gələcəyinə böyük ümidlər Heydər Əliyevin GUAM-ın yaradılması və inkişaf etdirilməsində əvəzsiz xidmətləri olub. O, təşkilatın tarixində olduqca əhəmiyyətli hesab edilən 24 aprel 1999-cu il tarixli Vaşinqton Zirvə görüşündə, 2001 və 2002-ci illər Yaltada keçirilən Zirvə toplantılarında şəxsən iştirak edib. 1999-cu il aprelin 24-də keçirilən Vaşinqton Zirvə görüşündən sonra prezident Heydər Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri qarşısındakı çıxışı zamanı təşkilatın beynəlxalq siyasi, iqtisadi əhəmiyyətini vurğulayaraq əlavə edib: "…Biz təşkilatımızın keçən vaxt ərzindəki fəaliyyətini müzakirə etdik və təsdiq etdik ki, ötən müddət təşkilatın zəruriliyini və həyat qabiliyyətinə malik olduğunu göstərmişdir. Təşkilat hər şeydən öncə coğrafi prinsipə əsaslanır, ona daxil olan ölkələrin iqtisadi əməkdaşlığı və daha çox Transqafqaz magistralı vasitəsilə əməkdaşlığı məqsədlərinə xidmət edir…"

Azərbaycan Prezidenti İlham Əliyev də Azərbaycan-GUAM əlaqələrini daim diqqət mərkəzində saxlayır. Dövlət başçısı təşkilatın Zirvə görüşlərində yaxından iştirak etməklə bərabər, üzv dövlətlərlə inkişafı yönündə addımlar atır. Eyni zamanda, Azərbaycanın GUAM-a Sədrlik etdiyi dövr də təşkilatın irəliləməsi baxımından mühüm bir mərhələni təşkil edib.

Xatırladaq ki, GUAM-da Azərbaycanın sədrliyi 19 iyul 2007-ci ildə Bakı Zirvə toplantısından başlayaraq 1 iyul 2008-ci il Batumi Zirvə toplantısınadək davam edib. "GUAM: qitələri birləşdirərək" şüarı altında keçirilən Bakı Zirvə toplantısı təşkilatın inkişafının uzun-müddətli prioritetiərini müəyyən edərək onun institusional cəhətdən möhkəmlənərək tərəfdaş ölkələrlə "GUAM+" formasında əmək- daşlığın üstünlüklərini nümayiş etdirib. Azərbaycanın Sədrlik proqramında əksini tapmış bu strateji istiqamətlər təşkilatın 2007-2008-ci illər üçün fəaliyyət istiqamətlərinin əsasını təşkil edir.

Qeyd edək ki, Azərbaycanın Sədrliyi üzv dövlətlərin və Katibliyin əlaqələndirilmiş səyləri nəticə- sində GUAM-ın beynəlxalq mövqeyinin möhkəmlənməsi və təşkilatın keyfiyyətcə yeni inkişafı ilə yadda qalıb. Eyni zamanda, Bakıdakı Zirvə toplantısının əsas ideyasını təşkil edən regionda ümumi inteqrasiya və təhlükəsizlik məkanının yaradılması ideyası Azərbaycan Sədrliyinin başlıca vəzifəsi. idi. Bu ideyadan irəli gələrək Sədrlik edən ölkə GUAM-ın regional əhəmiyyətinin möhkəmləndirilməsinə və ona beynəlxalq dəstəyin gücləndirilməsinə, üzv dövlətlərin ümumi maraqlarının konsolidasiyasına və təşkilat daxilində əməkdaşlıq sisteminin inkişaf etdirilməsinə yönəldildi. Azərbaycanın təşkilata Sədrliyini əlamətdar edən daha bir hal isə Bakı Zirvə toplantısında GUAM Dövlət Başçıları Şurası tərəfindən Təşkilat çərçivəsində sahələr üzrə əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən GUAM-ın Sahəvi Əməkdaşlığının İnkişafı Strategiyasının qəbul edilməsi oldu.

Bakı Zirvə Toplantısına beynəlxalq birliyin marağı

Bakı Zirvə toplantısından sonra 27 sentyabr 2007-ci il tarixində Nyu-Yorkda keçirilən GUAM Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasını, GUAM-ABŞ və GUAM-Polşa görüşlərini, 10 oktyabr 2007-ci il tarixli "GUAM+" formatında Vilnüsdə təşkiatın onilliyinə həsr olunmuş Zirvə toplantısını, 30 oktyabr 2007-ci il tarixli Vaşinqtonda baş tutan GUAM-ABŞ görüşünü, 29 noyabr tarixli Madriddə keçirilən GUAM XİNŞ-in növbəti iclasını, 29-30 may 2008-ci il tarixində Bakıda keçirilən "GUAM-ın inkişaf strategiyası" beynəlxalq konfransını və digər tədbirləri göstərmək olar. Azərbaycan GUAM çərçivəsində həyata keçirilən layihələr içərisində dövlətlər arasında ticarət münasibətlərinin inkişafına təkan vermək məqsədilə Azad Ticarət Zonasının yaradılması ən sərfəli layihə hesab olunur. Bu layihə təşkilata daxil olan ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Azad iqtisadi zonaların isə tam şəkildə fəaliyyət göstərməsi Dünya Ticarət Təşkilatının irəli sürdüyü təkliflərə uyğun olmaqla liberal vergi-gömrük rejiminin yaradılmasına imkan verəcək. Bu isə Avroatlantik məkana inteqrasiya, iqtisadi islahatlar, iqtisadi potensialın güclənməsi, insanların həyat səviyyəsinin yüksəldilməsi kimi əsas məqsədlərə çatmağa xidmət edəcək.

Digər tərəfdən, GUAM ölkələri arasında yaradılacaq azad ticarət mühiti qeyri- qanuni ticarətin qarşısını almaqda xeyli faydalı olacaq. Son illər görülən tədbirlər nəticəsində GUAM ölkələri arasında ticarət dövriyyəsinin həcmi dəfələrlə artıb. Bakıda keçirilən "GUAM-ın inkişaf strategiyası" adlı beynəlxalq konfrans çərçivəsində təşkilata üzv ölkələrinin bank assosiasiyalarının Koordinasiya Şurasının yaradılmasına dair saziş imzalanıb. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın bank assosiasiyalarının prezidentləri tərəfindən imzalanan saziş əsasında Şuranın yaradılmasında əsas məqsəd ödəmə- hesablama alətləri və valyuta- kredit münasibətlərindən daha səmərəli istifadə yolu ilə GUAM ölkələri təsərrüfat subyektlərinin ticari-iqtisadi, elmi-texniki və investisiya əməkdaşlığının inkişafından ibarətdir.

Azərbaycan GUAM ölkələri arasında enerji dəhlizinin yaradılması istiqamətində gedən proseslərdə də olduqca aktivdir. Ulu öndərin əsasını qoyduğu enerji siyasəti, eləcə də, ölkəmizin bütün tərəfdaşları ilə azad bazar iqtisadiyyatı prinsipləri əsasında qurduğu münasibətlər təşkilatın dünya iqtisadiyyatındakı yerinin möhkəmlənməsinə müsbət təsir göstərib. GUAM-ın nəqliyyat dəhlizi hesabına Azərbaycanda hasil olunan neftin bir hissəsi Gürcüstan ərazisindən keçməklə Ukraynaya çatdırılıb. Məlumatlara görə, ötən ilin ilk altı ayı ərzində Azərbaycandan bu ölkəyə nəql olunan neft Ukraynanın daxili tələbatının 25 faizini ödəyib. GUAM daxilindəki enerji dəhlizinin daha bir komponenti isə sıxılmış və maye halına salınmış qazın nəqli ilə bağlıdır. Hazırda uğurla həyata keçirilən "AGRİ" layihəsinə GUAM ölkəsi olan Ukraynanın da qoşulma ehtimalı mövcuddur. Göründüyü kimi, enerji sahəsində Azərbaycan- GUAM əlaqələri təşkilata üzv ölkələrin enerji təhlükəsizliyinin təminində vacib rol oynayır. Bununla da, təşkilatın Avropa ilə Asiya arasında tranzit enerji dəhlizi kimi strateji rolu əhəmiyyətli dərəcədə möhkəmlənib.

(Ardı var)

“Hürriyyət”