Azərbaycan-NATO münasibətlərinin inkişaf yolu – III HİSSƏ

2

(Əvvəlibu linkdə: https://hurriyyet.org/xeber/azerbaycan-nato_munasibetlerinin_inkisaf_prosesi_-_ii_hiss)

Dövr etibarilə İttifaqın müxtəlif səviyyədə nümayəndələrinin Cənubi Qafqaza səfərləri reallaşmaqda idi. Lakin 1997-ci ilin Oktyabr ayında ABŞ-ın NATO nümayəndəsi Robert Hunterin bölgəyə səfəri, bölgə dövlətlərinin hamısının NATO ilə əməkdaşlığa eyni ölçüdə qarşılıq vermədiyini açıq formada göstərmişdir.

Gürcüstan və Azərbaycanda prezident, Baş nazir və Müdafiə Nazirliyi səviyyəsində görüşlərdə olan Hunter, Ermənistanda isə yalnız Baş nazirlə görüş keçirmişdir. NATO ilə əməkdaşlığın digər sahəsi SNT Planlaşdırma və Analiz Prosesidir (PAP) (Planning and Review Process – PARP). NATO-nun müdafiə planlaşdırma qabiliyyətindən yararlanan PAP-a üzvlük tərəfdaşların istəyinə bağlıdır. NATO, nəzərdə tutulan təşkilati çərçivəni hər fürsətdə genişləndirməyə çalışmışdır. 1995-ci ildə SNT Çərçivə Sənədindəki məqsədlərin reallaşdırılmasını sürətləndirmək məqsədiylə PAP prosesi başladılmışdır. Bu müddət, NATO-nun daxil olduğu sülhü dəstəkləmə əməliyyatlarında NATO üzvləri ilə ortaq ölkələrin birlikdə əməkdaşlığını artıracaq təməl bir vasitə olaraq düşünülmüşdür. Bu proses üzvlərə könüllülük prinsipi əsasında təqdim edilir, üzvlərlə birlikdə əməkdaşlıq şərtləri müəyyənləşdirilir və əhatəli nəzarət prosesi ilə qazanılan təcrübələr qiymətləndirilir. Proses üzv ölkələrin öz təhlükəsizlik ehtiyaclarını qarşılamaq üzrə qabiliyyətlər və NATO rəhbərliyindəki hərəkatlara göndərilən qüvvələri inkişaf etdirmələrinə köməklik göstərir. İllər içərisində, PAP prosesinin şərtləri daha kompleks, məcburedici və müttəfiqlərin özlərinə hədəf olaraq müəyyənləşdirdikləri qabiliyyətlərlə daha yaxından əlaqəli hala gətirilmişdir. Sonunda bu tətbiqlər NATO-nun müdafiə planlaşdırma prosesinə bənzəməyə başlamışdır. Bu prosesdə iştirak edən Azərbaycan da SNT əməkdaşlığına dair milli siyasətləri və bu mövzuyla əlaqədar maliyyə və iqtisadi planlar kimi mövzular ətrafında təşkilatla müzakirələr aparmağı qəbul etmişdir.

Qardşıdurmaların qarşısının alınması və sülh sazişləri

23-25 aprel 1999-cu ildə Vaşinqtonda NATO-nun quruluşunun 50-ci ili Sammitində İttifaqın “Yeni Strateji Konsepsiyası”nın qəbulu gözlənilirdi ki, bu Sammitdə NATO-nun hərəkət sahəsinin genişləndirilməsi müzakirə olunacaqdı. Bu nöqtədə İttifaq, SNT istiqamətində “Yeni Strateji Konsepsiya” ilə bağlı tərəfdaşların nəbzini tuturdu ki, həmin dövrdə X.Solananın Mərkəzi və Şərqi Avropa ölkələrinə istiqamətli kampaniyası da bu məqsədlərə yönəlmişdi. Necə ki, Alyansın Vaşinqton Sammitində, yenilənmiş Strateji Konsepsiya ilə “sahə xarici” müdaxiləyə açıq bir şəkildə zəmin hazırlanmışdı. Konsepsiyanın 53-cü maddəsində NATO birliklərinin sülh vəziyyətində də coğrafi yerləşməsinin NATO sahəsində və “sahə xarici” bölgələrdə hər hansı bir əməliyyata uyğun olduğu, eyni zamanda hər hansı bir əməliyyat vəziyyətində regional və beynəlxalq görüşlərin nəzərə alınacağı bildirilir və ətraf bölgələrdə təhlükəsizliyi təhdid edən hər hansı bir vəziyyət yarandığı halda Alyansın müdaxilə edəcəyi yanaşmaaı irəli sürülmüşdür. Bu maddə Alynasın Qafqazdakı hər hansı bir qarşıdurmaya da müdaxilə yolunu açırdı. 8 iyun 1999-cu ildə “Əməkdaşlıq Təyinatı-99” təlimləri mövzusunda 20 ölkənin iştirakı ilə keçirilən konfrans təşkil edildi. NATO-nun Cənub-Şərqi Avropada yerləşən Quru Qüvvələri Komandirinin müavini R. Clemenson başçılıq etdiyi heyətin Azərbaycan Müdafiə naziri ilə keçirdiyi görüşdə SNT çərçivəsindəki fəaliyyətlərdə Azərbaycanın ehtiyacı olan maddi və texniki vasitə yardımları və bu yardımlara mane təşkil edən 907 saylı qərar üzərində və NATOGUÖAM əlaqələri üzərində dayanılmışdı. 3 aprel 2003-cü ildə Brüssel və Azərbaycan arasında NATO Maddi-Texniki Avadanlıqlar və Yardım Təşkilatı (NAMSA) arasında maliyyə və texniki təchizat məsələləri ilə bağlı razılıq əldə edilmişdir. 17 sentyabr 2004-cü ildə Milli Təhlükəsizliyin Təminatı Sisteminin (MTTS) fəaliyyətini tənzimləyəcək Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının, xarici siyasət strategiyasının, hərbi doktrinasının və təhlükəsizlik sahəsində digər konseptual sənədlərin işlənib hazırlanması məqsədilə Prezidentin Sərəncamına əsasən Azərbaycanın Milli Təhlükəsizlik Siyasəti üzrə İşçi Qrupu yaradılmışdır.

Azərbaycan-NATO əməkdaşlığına açılan perspektivlər

2005-ci ildə NATO Baş Katibinin Cənubi Qafqaz üzrə xüsusinümayəndəsi Robert Simmons yenidən Azərbaycana səfər etmişdir. Səfər zamanı xüsusi nümayəndə Prezident ilə görüşlər keçirmişdir. Mart ayının 15-də isə bu qiymətləndirmələrə müvafiq şəkildə Qiymətləndirmə Hesabatı hazırlanmışdır. Bu hesabatlar planın nə dərəcədə müvəffəqiyyətli yerinə yetirilməsi məqsədilə hazırlanır. Hesabatda əməliyyat planın yerinə yetirilməsində Azərbaycan tərəfinin fəal iştirakı qeyd edilmiş və önəmli uğurların əldə olunduğu qeyd olunmuşdur. 2006-2008-ci illərdə NATO-nun rəhbərliyi altında Melanj layihəsi həyata keçirilmişdir. Layihənin həyata keçirilmə mərhələlərində ümumi olaraq Mingəçevir və Ələt bölgəsindən müvafiq şəkildə 350 və 950 ton melanjın zərərsizləşdirlilməsi prsesi həyata keçirilmişdir. Layihənin icra rəhbəri isə NAMSA olmuşdur. Qeyd olunan bu illər ərzində NATO-Azərbaycan əlaqələri yüksələn xətt üzrə inkişaf etmişdir. 8-10 oktyabr 2006-cı ildə NATO-nun Baş Katibinin Qafqaz üzrə nümayəndəsi R. Simmons Azərbaycana səfər etmiş və bundan bir ay sonra, Noyabr ayının 8-də, Prezident İlham Əliyev Brüsselə səfər etmişdir. Bu səfər NATOAzərbaycan əlaqələrinə yenidən dinamiklik gətirmişdir. İlham Əliyev Azərbaycanın NATO-ya inteqrasiya olunmasını ölkəmizin xarici siyasət kursunun prioritet istiqamətlərindən biri olduğunu bəyan etmişdir. Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Mənzil-Qərargahındakı çıxışında açıq şəkildə belə bir fikir səsləndirmişdi: “Çox güman ki, bu gün bizim münasibətlərimizin yeni mərhələsi başlayır. Biz hesab edirik ki, gənc, eyni zamanda böyümək üçün potensialı olan ölkəmizə NATO ilə etibarlı tərəfdaş olmaq vacibdir.” Qeyd etmək lazımdır ki, Şimali Atlantika İttifaqına inteqrasiya olma xətti 2007-ci ildə Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası”nda da öz əksini tapmışdır. Prezident İlham Əliyevin Brüsselə rəsmi səfərindən bir qədər sonra, 28-29 noyabr 2006-cı ildə NATO-nun Riqa Sammiti keçirildi. Riqa Sammitində Alyans üzvləri postsovet məkanında, xüsusilə də Cənubi Qafqaz regionuna münasibətdə ciddi niyyətlərə malik olduqlarını bir daha təsdiq etdilər. Riqa Sammitində qəbul olunan bəyanatda “Biz, Azərbaycanın suverenliyini müdafiə edirik. NATO Cənubi Qafqaz  ərazisində mövcud olan münaqişələrin sülh yolu ilə həllinə dair cəhdləri dəstəkləyir.”

Şimali Atlantika Alyansının Azərbaycana belə xoş münasibətində ölkəmizin enerji potensialı və artan geosiyasi əhəmiyyəti, həmçinin, bu illər ərzində rəsmi Bakının NATO ilə apardığı dialoqunun rolu heç də az deyildir NATO ilə münasibətlərin fərdi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi 2009-cu ildə NATO-nun Strasburq/Kehl şəhərlərində keçirilən Zirvə Görüşü Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Zirvə Görüşünün Bəyanatında bildirilmişdir ki, Qafqazda Azərbaycan, ABŞ və Rusiya mövqelərində mühüm yer tutur. Cənubi Osetiya və Abxaziya ilə münaqişədə daha da kəskinləşən Gürcüstan və Rusiya arasındakı ABŞ-Rusiya münaqişəsi çərçivəsində Azərbaycanda sabitlik təqdirəlayiqdir. Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov və NATO-nun baş katibi müavini Klaudio Bisogniero arasında reallaşan görüşdə Azərbaycanın ISAF-a (Beynəlxalq Təhlükəsizlik Dəstək Gücü) təmin etdiyi hərbi yardım gündəmə gəlmiş və Azərbaycan tərəfinin uğurlu nəticələri üçün təşəkkür edilmişdir. Azərbaycanın Əfqanıstanda olan 90 nəfərlik vasitəçi qrupunun terrorla mübarizə və regional təhlükəsizlikdə NATO ilə ortaq bir nöqtədə görüşmələrinin bir işarəsi olduğunu ifadə edən Bisogniero, Azərbaycanın səylərini təqdir etdiklərini ifadə etmişdir. NATO-nun kömək əlini böyük bir istəklə uzatmasını bəyan etməsi olmuşdur. NATO nümayəndəsi James Appathuray da Cənubi Qafqazdakı problemin sülh yolları həll edilməsinin önəmini vurğulamış və ATƏT-in Minsk Qrupuna da bu mənada böyük rol düşdüyünü ifadə etmişdir. Dağlıq Qarabağ probleminin həll edilməsi üçün vasitəçilik edən və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı nəzdində yaradılan  Minsk Qrupunun işlərinə əhəmiyyət verdiklərini və Gürcüstan və Azərbaycanın regional inteqrasiyasını dəstəklədiklərini ifadə edən Appathuray “Azərbaycan bizim çox dəyərli bir ortağımızdır və gələcəkdə əlaqələrimizin dərinləşməsini istəyirik” ifadələrini işlətmişdir. 29 aprel 2009-cu ildə Prezident İlham Əliyev Belçika, Brüsseldə Təşkilatın Baş Qərargahında səfərdə olmuşdur. NATO-nun baş katibi, Şimali Atlantika Şurasının 28 ölkəsinin Daimi nümayəndələrinin iştirak etdiyi Şimali Atlantika Şurası iclasından əvvəl prezidentlə iki tərəfli görüş keçirmişdir. Görüşdə müzakirə edilən mövzular arasında bölgədəki vəziyyət, enerji təhlükəsizliyi və NATO-Azərbaycan əlaqələrinin inkişafı kimi məsələlər daxil idi. NATO Şurası Baş katibi Yaap de Hoop Scheffer Şura iclasından sonra Alansın Azərbaycana münasibəti istiqamətində: “Azərbaycan bölgədə çox əhəmiyyətli bir aktordur. Eyni zamanda NATO-nun çox dəyərli və hörmətli bir tərəfdaşıdır. Bu əməkdaşlığa etibar edirik.” ifadələrinə yer vermişdir.

Qeyd etmək lazımdır ki, 2007-2008-ci illərdə Azərbaycan və NATO arasında əlaqələndirici dövlət kimi Türkiyə dövləti çıxış etmişdir. 2009-cu ildən həmin missiyanı NATO-nun üzvü kimi Ruminiya dövləti yerinə yetirir. 10-11 iyun 2009-cu ildə NATO-nun Müdafiə və Təhlükəsizlik İqtisadiyyat İdarəsi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Bakıda “Enerji təhlükəsizliyi: çağırışlar və imkanlar” mövzusunda seminar keçirmişdir. Seminarda Enerji təhlükəsizliyi üçün təhdid və təhdidlər müzakirə edilmiş, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın rolu və kritik enerji infrastrukturunun qorunması və əməkdaşlıq imkanlarına toxunulmuşdur. Seminar, ATƏT nümayəndələrinin və Müttəfiqlərin, Ortaq Aralıq Dənizi Dialoqunun və İstanbul Əməkdaşlıq Təşəbbüsünün nümayəndələrini bir araya gətirmiş, biznes sektoru, akademiya və düşüncə mərkəzləri, NATO-nun enerji təhlükəsizliyində rolunu müzakirə etmək və enerji resurslarının əhəmiyyəti vurğulanmışdır. Xəzər bölgəsinin bu sahədəki əhəmiyyətli aktorlar arasında bir qovşaq olaraq deyil, eyni zamanda seçilmiş Avro-Atlantika Tərəfdaşlığı (AATŞ) ölkələrindəki enerji sektorunun beynəlxalq fürsətlər baxımından əhəmiyyətini ortaya qoydu.

(Ardı var)

“Hürriyyət”