Azərbaycan-NATO münasibətlərinin inkişaf yolu – IV HİSSƏ

1

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/azerbaycan-nato_munasibetlerinin_inkisaf_yolu_-_iii_hiss)

19-20 Noyabrın 2010-cu ildə Portuqaliyanın paytaxtı Lissabonda keçirilən NATO Sammitində Təşkilatın üzvü olan 27 ölkədən əlavə, tərəfdaş ölkələrin də dövlət və hökumət  aşçıları iştirak etmişdir. Sammitdə Qafqaz ölkələrində ərazi bütövlüyü, o cümlədən Azərbaycan ərazilərinin bütövlüyünün təmin olunması ilə bağlı bəyanat verilmişdir. 2012-ci il May ayının 20-21-də ABŞ-ın Çikaqo ştatında NATO-nun yeni Zirvəsi təşkil edildi. Cənubi Qafqazın üç ölkəsi də Çikaqo sammitinə dəvət olunmuşdular. NATO-nun Çikaqo sammitinin yekun sənədləri Cənub Qafqaz ölkələrinin xarici siyasəti üçün böyük əhəmiyyətə malikdir. Sammitin yekun bəyanatında, Cənubi Qafqazdakı yaşanan qarşıdurmalar, Cənubi Qafqaz ölkələrinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin dəstəklənməsinə dair maddələr yer almışdır. NATO-nun Çikaqo Sammitinin Azərbaycan üçün əhəmiyyətli tərəfi Yekun Deklarasiyasında NATO Cənubi Qafqazdakı dondurulmuş münaqişələr qaldığına görə narahatlığını ifadə etmiş və Dağlıq-Qarabağ münaqişəsinin həlli istiqamətində addımların atılmasının zəruriliyi vurğulanmışdır.

Çikaqo Zirvəsi üzərindən NATO ilə inteqrasiyanın yeni düzəni

Çikaqo zirvəsinə Ermənistan dövlət başçısı Serj Sarkisyanın getməməsi və öz yerinə xarici işlər naziri Edvard Nalbandyanı göndərməsi mediada sual işarəsi doğurdu. Bu da Azərbaycan üçün yeni bir üstünlük təmin etdi. Sarkisyanın Zirvədə iştirak etməməsi yalnız Rusiya tərəfindən müsbət qarşılana bilər, çünki, Rusiya yalnız Ermənistanın deyil, digər post-sovet ölkələrinin də NATO ilə əməkdaşlığına soyuq yaxınlaşmaqdadır. Ermənistan Regional Araşdırmalar Mərkəzinin sədri Riçart Kirakosyana görə, "Serj Sarkisanın NATO zirvəsinə qatılmaması böyük bir səhv idi, çünki, Zirvədə Dağlıq-Qarabağ problemi danışıldığı anda Sarkisyan orda olmalı və Ermənistanın mövqeyini müdafiə etməli idi". Bəzi analitiklər görə isə, "ATƏT-in səylərinin heç bir nəticə vermədiyi bir dövrdə NATO-nun bu problemə baxışı əhəmiyyətli bir addım idi." Ermənistan dövlət başçısının Zirvəyə qatılmaması yenə də Azərbaycanın bölgədə əhəmiyyətli geosiyasi aktor olmasını və əhəmiyyətli rol oynadığını sübut etdi. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanian öz müsahibəsində belə bir şərh etmişdir: "Dağlıq-Qarabağ NATO-nun səlahiyyətləri xaricində olan bir məsələdir. Ermənistan Zirvə Görüşünə qatılmamaqla özünü bu prosesdən kənarda tutmaq istəmişdir".

Azərbaycan, son 20 il ərzində, istər Əfqanıstan istərsə də Kosovada NATO-ya təmin etmiş olduğu hərbi yardım ilə NATO-dakı mövqeyini gücləndirmiş və NATOnun hədəflədiyi yeni qlobal təhdidlərlə mübarizə çərçivəsində əhəmiyyətli strateji tərəfdaş ölkə mövqeyinə yüksəlmişdir.  Ermənistanın NATO zirvəsinə qatılma səbəblərindən biri də, Beynəlxalq bir səviyyədə, Azərbaycanın tək səs olmasını maneə törətməkdir.

Azərbaycan-NATO münasibətlərinin istiqamətləri

NATO PA ilə Azərbaycanın ilkin təmasları Assambleyanın 1999-cu ildə Polşada keçirilən sessiyasına təsadüf edir. Həmin sessiyada Azərbaycana təşkilatın Assambleyasinda müşahidəçi statusu verilmişdir. Bu Azərbaycan adına çox mühüm bir qələbə idi. Azərbaycana Assambleyada müşahidəçi status veriməsindən sonra, artıq parlament nümayəndələri Avropanın belə bir nüfuzlu Assambleyasında bir çox tədbirlərə qatılmaq şansı əldə etmişdir ki, bu tədbirlərdə iştirak parlament münasibətlərinin inkişafı üçün böyük əhəmiyyət kəsb etmişdir. Həmin tədbirlər sayəsində ölkənin müdafiə sahəsində aparılan yenidənqurmalar və islahatlar, silahlı hərbi qüvvələrin NATO qüvvələri ilə uyarlılıq səviyyəsinin yüksəldilməsi, təşkilatda baş verən dəyişmə və transformasiyanın, eləcə də AvroAtlantik məkanda baş verən siyasi, iqtisadi, hərbi və sosial məsələlərin müzakirəsində iştirak etmək haqqı əldə etmişdir. Assambleya və Azərbaycanın parlamentariləri arasında siyasi, iqtisadi, hərbi və social sahələrdə keçirilən görüşlər, aparılan danışıqlar qarşılıqlı əlaqələrin yüksək səviyyəyə yüksəldilməsinə xidmət edir. Bu çərçivədə həyata keçirilən səfərlər 1999-cu ildən başlanmışdır.12-14 may 1999-cu ildə Şərq-Qərb İqtisadi Əməkdaşlıq və Yaxınlaşdırma Komitəsində görüş keçirlmişdir. Görüşdə Assambleya və Azərbaycan parlamentariləri regionda təhlükəsizlik və Azərbaycana təsiri, Dağlıq-Qarabağ münaqişəsi, Ermənistanın işğalçı siyasətinin Cənubi Qafqazın təhlükəsizliynə göstərdiyi mənfi təsir, Avro-Atlantik strukturlar ilə qarşılıqlı əlaqələri, müasir dövrün ən başlıca təhlükəszilik məsələsi olan enerj i enerji təhlükəsizliyi və enerji resurlsarının mühafizəsi, ölkənin beynəlxalq standartlara uyğun iqtisadiyyatın təmin edilməsi yolunda göstərdiyi fəaliyyətlər mövzusunda danışıqlar aparılmışdır. 17-19 yanvar 2002-ci il tarixlərində Assambleyanın Prezidenti Rafael Estrella (İspaniya) Baş Katib Simon Lun ilə birlikdə Azərbaycanda rəsmi səfərdə olmuşdurlar. NATO PA-nın Prezidentinin səfərinin ardınca 16-17 sentyabr 2002-ci il tarixlərində NATO PA-nın Təhlükəsizliyin Mülki Ölçüsü Komitəsinin Demokratik İdarəçilik AltKomitəsinin 15 üzvü Azərbaycanda səfərdə olmuşdurlar. Səfər Bakı-Tbilisi-Ceyhan boru kəmərinin açılış mərasimi ərəfəsində baş tutmuşdur. Azərbaycan tərəfi Assambleya nümayəndələrini Ermənistanın Dağlıq Qarabağda qeyri-qanuni fəaliyyətləri, problemin sülh yolları ilə həlli istiqamətində danışıqlar aparmış, Azərbaycan arasında əlaqələrin Cənubi Qafqaz regionuna təsiri mövzusunda müzakirələr edilmişdir. Bu addımlardan sonra Assambleya, 15-19 noyabr 2002-ci ildə, NATO PA-nın 48-ci ilik sessiyası zamanı Azərbyacanın təşkilatın assosiativ üzvü olması haqqında qərar qəbul etmişdir. Assosiativ üzvlük çərçivəsində Azərbaycan Assambleyanın sessiyalarında iştirak etmək, habelə müzakirələrdə iştirak etmək haqqı əldə etmişdir. Bundan başqa, Assambleyanın siyasi, iqtisadi, hərbi və social komitə və qurumlarının keçirdiyi iclas və konfranslarda iştirak etmək, Assambleyanın İş Proqramında, hər il keçirilən Ros-Rot seminarlarında, həmçinin Parlament Transatlantik Forumlarda fikri mübadiləsinin aparılmasında iştirak edir.

Xəzərin Təhlükəsizliyi regionun inkişafı deməkdir

5 mart 2008-ci ildə Assambleyanın “Xəzər regionunda təhlükəsizlik” adlı 68-ci RosRot Seminarı Bakıda keçirilmişdir. Seminar çərçivəsinə Assambleyanın növbəti Prezidenti Jose Lello ölkəmizdə səfərdə olmuşdur. O, Azərbaycan Prezidenti, Baş Nazir, Xarici işlər və Müdafiə nazirləri ilə görüşlər keçirmiş və regionda baş verən təhlükəsizlik məsələləri ilə bağlı məsləhətləşmələr keçirmişdir. 6-8 mart 2008-ci ildə, NATO P A-nın “Xəzər regionunda təhlükəsizlik” üzrə 68-ci Ros-Rot Seminarı keçirilmişdir. Seminarda Xəzər bölgəsində təhlükəsizlik, bu regionun Mərkəzi Asiyanın təhlükəsizliyində oynadığı rol, enerji resurslarının təhlükəsiz formada daşınması və bu kimi digər məsələlər ətrafında danışıqlar aparılmışdır. Aparılan danışıqlar ərzində Azərbaycanın geostrateji və geosiyasi mövqeyi, Cənubi Qafqazdakı regional qüvvələrin Xəzər regionuna təsiri, Əfqanıstanda təhlükəsizlik vəziyyəti, Mərkəzi Asiyada baş verən proseslər ətrafında danışıqlar aparılmışdır. “Cənubi Qafqaz: Çağırışlar və İmkanlar” adlı NATO PA-nın 86-cı Ros-Rot Seminarı 2014-cü ilin 16-18 iyun tarixlərində Bakıda keçirilmişdir. Seminar çərçivəsində ölkəmizin beynəlxalq aləmdə tətbiq etdiyi xarici siyasəti və bunun təhlükəsizliyə təsirləri, Avropaya inteqrasiya yolunda Azərbaycanın qarşılaşdığı bir sıra problemlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Rusiya və Ukrayna arasında baş verən Krım böhranının regiona təsirləri kimi məsələlər ətrafında danışıqlar aparılmışdır.

Dağlıq Qarabağ münaqişəsi və NATO

Azərbaycan NATO ilə münasibətlər çərçivəsində keçirilən konfranslarda hər zaman bu məsələni gündəmə gətirmiş və problemin həlli istiqamətində beynəlxalq ictimaiyyətin dəstəyini qazanmağa çalışmışdır. 10 İyun 1994 tarixində İstanbulda keçirilən ŞAƏŞ Nazirlər Konfransında iki mövzu üzərində dayanılmışdır: Sülh Naminə Tərəfdaşlıq Proqramının Tətbiqi və "Sülhü Müdafiə əməliyyatlarıyla ilə Əlaqədar" Sülhü Qorumada Əməkdaşlıq Xüsusi Qrupunun hazırlamış olduğu hesabat. Bu Xüsusi Qrupun İyun 1993-cü ildə ŞAƏŞ-in Afina konfransında qəbul olunmuş və yayımlanan ilk hesabatında ŞAƏŞ çərçivəsində sülhü qoruma əməliyyatları ilə əlaqədar nəzəri məlumatlar və əməkdaşlıq prinsipləri ifadə edilmişdir. Praktik tədbirlərin tətbiqindəki inkişafı əks etdirən ikinci hesabat isə Dekabr 1993 ŞAƏŞ Xarici İşlər Nazirləri konfransında təsdiq edilmişdir. İstanbul konfransında təsdiqlənən hesabatı isə, sülhü qorumağın siyasi və konseptual istiqamətləriylə sülhü qoruma planlaşdırılmasında və daha texniki mövzularda praktiki əməkdaşlığı nəzərdə tuturdu. Nəticə etibarilə Azərbaycanla əlaqədar olaraq, qarşıdurma bölgələrinə beynəlxalq sülh qüvvələrinin yerləşdirilməsi və bununla da Rusiyanın MDB sahəsində sülhü qoruma təşəbbüslərinin məhdudlaşdırılması baxımıdan vacib idi. Azərbaycan bunu Qarabağ münaqişəsi üçün NATO kim önəmli bir təşkilatın dolaylı yollardan olsa belə müdaxiləsi üçün yaradılan bir mühit olaraq qiymətləndirirdi. Bu konfransda Sülhü Qorumada Əməkdaşlıq Xüsusi Qrupu ilə SNT SiyasiHərbi İdarə Komitəsinin birləşdirilməsi qərarlaşdırıldı və birləşmiş qrup (Sülhü Qorumada Əməkdaşlıq Qrupu) ŞAƏŞ / SNT çərçivəsində işə başlamışdır. Sülhü Qorumada xüsusi təcrübəsi olan ATƏT-in ölkələri arasından maraq duyan bəzi ölkələr bu qrupla işə dəvət edilmişlər (Bu ölkələr arasında SNT ortağı olaraq işlərə qatılan Finlandiya, İsveç, Sloveniya, Avstriya və İrlandiya var idi. Qrupun yığıncaqlarına ATƏT və BMT-nin nümayəndələrinin də iştirak etmək hüququ vardı. Bunun üçün də komitənin fəaliyyətinin təqibi və aktiv bir şəkildə iştirak Azərbaycan üçün əhəmiyyət daşımaqda idi). Bu problemin həlli Azərbaycanın xarici siyasətinin əsas məqsədlərindən idi. Bununla əlaqədar olaraq da, Azərbaycan nümayəndə heyəti konkret təkliflər təqdim etməkdə idi: Qarşıdurma bölgəsinə sülh qüvvələrinin yerləşdirilməsi, işğalçı qüvvələrin işğal altındakı ərazilərdə dərhal çıxarılması, Qarabağ bölgəsinin silahdan təmizlənilməsi, bölgəyə silah daşınmasının qarşısının alınması, qaçqın və məcburi köçkünlərin öz yurdlarına dönməsi və bundan sonra Qarabağın statusuyla əlaqədar danışıqların başladılması.

(Ardı var)

Hürriyyət”