“Azərbaycan vətəndaşları yayda Türkiyəyə istirahətə gedə biləcəklər” – SƏFİRLİKDƏN AÇIQLAMA

3 İyun, 2020, 14:13
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Sərhədlər açılan kimi, Azərbaycan vətəndaşları həm tibbi turizm, həm iş, həm də istirahət məqsədilə Türkiyəyə gedə biləcəklər.

Hurriyyet.org xəbər verir ki, bu barədə  Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

“Hamımız pandemiya səbəbiylə bağlanmış sərhədlərin açılmasını gözləyirik. Sərhədlər açıldıqdan və uçuşlar bərpa olunduqdan sonra Türkiyəyə gedərkən karantinə salınmaq zərurəti olmayacaq, ancaq virusa qarşı mübarizə üzrə lazımi tədbirlər görüləcək”, – diplomatik nümayəndəlikdən bildirilib.

Səfirlikdən həmçinin o da vurğulanıb ki, Türkiyədə artıq şəhərlərarası nəqliyyat əlaqələrinə qoyulan məhdudiyyətlər aradan qaldırıldığından turistlərin ölkənin müxtəlif şəhərlərinə sərbəst şəkildə gedəcəklər.

Daha əvvəl Türkiyənin milli aviadaşıyıcısı olan “Türk Hava Yolları” (THY) şirkəti İstanbul-Bakı-İstanbul reysinin bərpa edilməsi ilə bağlı planlarını açıqlamışdı.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93