Azərbaycan 100 min “Kalaşnikov” avtomatı istehsal edib

15 May, 2019, 11:20
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Azərbaycan Rusiyanın lisenziyası əsasında 100 min “AK-74M” “Kalaşnikov” avtomat silahı istehsal edib.

Bunu Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsi Belarusun paytaxtı Minskdə keçirilən “MİLEX-2019” beynəlxalq silah və hərbi texnika sərgisində TASS agentliyinə bildirib.

Onun sözlərinə görə, Azərbaycan “Kalaşnikov” avtomatlarını 2021-ci ilədək istehsal edəcək: “Ümumilikdə, 120 min ədəd “AK-74M” buraxılacağı ehtimal edilir”.

Sərgi mayın 18-dək davam edəcək./report/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93