Azərbaycan AES tikintisi ilə bağlı Rusiyanın təklifini nəzərdən keçirir – Nazirdən AÇIQLAMA

9 Oktyabr, 2019, 11:47
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Azərbaycan Rusiya tərəfindən ölkədə atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı irəli sürülən təklifi nəzərdən keçirir.

Hurriyyet.org-un apa-ya istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Energetika naziri Pərviz Şahbazov deyib.

Nazirin sözlərinə görə, Rusiya bu sahədə böyük təcrübəyə malikdir və bu ölkənin dünya üzrə bir çox analoji layihələri var: “Bizə də təklif olunub və Azərbaycan bu təklifi nəzərdən keçirir. Amma konkret bir şey demək hələ tezdir”.

Qeyd edək ki, Rusiya Dövlət Atom Enerjisi üzrə Korporasiyanın (“Rosatom”) baş direktoru Aleksey Lixaçev jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi Azərbaycanda AES inşa etməyi təklif edib.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93