Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda – FOTOLAR

23 Mart, 2019, 9:56
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Bu gün İslamabad şəhərində Pakistan Silahlı Qüvvələrinin hərbi paradı keçirilib.

Hurriyyet.org "AzeriDefence"-yə istinadən xəbər verir ki, paradda Pakistan Ordusunun bölmələri ilə yanaşı Azərbaycan Ordusunun bir piyada bölməsi ayrıca kalonla tribuna önündən keçib.

Azərbaycan Ordusunun hərbçiləri tribuna önündən keçərkən Pakistan dövlət rəhbərliyi ayağa qalxaraq heyəti salamlayıb. Paradın aparıcısı Azərbaycan dilində "Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan – Pakistan dostluğu!" ifadələri ilə ordumuzun hərbçilərini təqdim edib.

Azərbaycan Ordusunun paraşütçüləri isə havada Azərbaycan və Pakistan bayraqlarını açıblar.

Paradda müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda - FOTOAzərbaycan hərbçiləri Pakistanda hərbi paradda - FOTOAzərbaycan hərbçiləri Pakistanda hərbi paradda - FOTOAzərbaycan hərbçiləri Pakistanda hərbi paradda - FOTOAzərbaycan hərbçiləri Pakistanda hərbi paradda - FOTOAzərbaycan hərbçiləri Pakistanda hərbi paradda - FOTO


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93