Azərbaycan millisinin futbolçusu saçını erməni bərbərə qırxdırır – FOTO

10 Yanvar, 2020, 15:23
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Azərbaycan millisinin futbolçusu Dmitri Nəzərovun Almaniyadakı bərbəri ermənidir. 

Bu barədə blick.de saytı məlumat yayıb.

“Ertsqebirqe” klubunun yarımmüdafiəçisi Aue-Bad Şlema şəhərində biznesə başlayan erməni Ovik Manukyanın ilk tanınmış müştərisi olub. Bunu bərbər özü də açıqlamasında söyləyib. O bildirib ki, iş qurmaq üçün üç ay yarım əziyyət çəkib və bərbərxananı açdıqdan cəmi iki gün sonra ilk məşhur qonağı Dmitri Nəzərov olub.

Ovik Manukyan bildirib ki, 2012-ci ildə Ermənistandan Almaniyaya gəlib. Onun sözlərinə görə, vətəni Ermənistan Azərbaycanla hələ də müharibə şəraitindədir.

Qeyd edək ki, Dmitri Nəzərov Qazaxıstanda doğulsa da, Almaniyada yaşayır. O, 2014-cü ildən milliləşdirilərək yığmamıza cəlb olunub./oxu.az /


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93