“Azərbaycan nefti müştərilərə “Brend” markalı neftdən 27 faiz ucuz təklif olunur” – NEMƏT ƏLİYEV

7

 “Görünür, itirilmiş 60 faiz bazarı qaytarmaq istəyirlər”

“Azərbaycan neftinin bareli 19,2 dollara qədər ucuzlaşdırılıb. Görünür, itirilmiş 60 faiz bazarı qaytarmaq istəyirlər. Milyardlarla itkilərə başa gəlsə də, bu sonuncu fəaliyyəti doğru sayıram”. Hurriyyet.org xəbər verir ki, bu fikirləri iqtisadçı Nemət Əliyev deyib.

“Halbuki, bir az irəlini görə, bir az da çevik tərpənə bilsəydilər, itkiləri xeyli dərəcədə azalda bilərdilər. Çifayda, artıq gecdir”,-deyə iqtisadçı əlavə edib.

“Haralarda idik, haralara gəldik?!”

N. Əliyev xatırladıb ki, “Azeri Light” markalı neft “brend” markalı neftdən həmişə bir addım irəlidə olub, yəni baha satılıb: “İndi isə dövran və yerlər tərsinə dəyişib. Bu gün “Brend” markalı neft orta hesabla 26,3 dollara, “Azeri Light” markalı neft isə 19,2 dollara ticarət edilir. Azərbaycan nefti müştərilərə “brend” markalı neftdən 27 faiz ucuz təklif olunur. Haralarda idik, haralara gəldik?!”

Şamo EMİN, Huriyyet.org