Salam, xoş gəlmisiniz.

Azərbaycan SSRİ-dən necə çıxdı? – Nikolun axmaq sualı...

2020-02-17 23:04:00

Azərbaycan SSRİ-dən necə çıxdı? – Nikolun axmaq sualı...

"Azərbaycan müstəqil ölkə olaraq Sovet İttifaqının ərazi bütövlüyünə hörmət etmişdimi? Azərbaycan Sovet İttifaqını tərk etdiyi kimi, eyni yolla Dağlıq Qarabağ da Sovet İttifaqını tərk edib" tipli sualı əslində Ermənistan baş nazirinin öz kütbeyinliyini göstərir.

Bu sözləri BAXCP sədri Qüdrət Həsənquliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən debat zamanı ikincinin gülməli sualına cavab olaraq bildirib.

Q.Həsənquliyev qeyd edib ki, yalnız SSRİ və sovet respublikaları haqda təsəvvürü belə olmayan şəxs bu cür sual verə bilərdi:

“SSRİ-ni təşkili haqqında 30 dekabr 1922-ci tarixli "İttifaq Müqaviləsi"nin 26-cı maddəsinə görə, hər bir respublikanın SSRİ-nin tərkibindən çıxmaq hüququ var idi. Bu, SSRİ-nin sonuncu - 1977-ci il Konstitusiyasının 72-ci maddəsində də nəzərdə tutulmuşdu. Bu hüquq SSRİ-nin 1924 və 1936-cı il Konstitusiyalarında da mövcud idi. 1977-ci il Konstitusiyasının 76-cı maddəsində hər bir respublikanın suveren dövlət olması qeyd olunurdu. 80-ci maddədə isə qeyd olunurdu ki, hər bir respublika xarici ölkələrlə əlaqə qura, beynəlxalq təşkilatların üzvü ola bilər.

Təsadüfi deyil ki, Ukrayna və Belarus da BMT-nin üzvü idi. Amma nəinki muxtar vilayətlər, hətta muxtar respublikalar üçün belə bir hüquq nə SSRI, nə də Müttəfiq Respublikaların Konstitusiyalarında nəzərdə tutulmuşdu. Ona görə də Çeçenistan Respublikasının Rusiya Federasiyasından ayrılmaq cəhdi uğursuzluğa düçar oldu, ona baha başa gəldi”.

Q.Həsənquliyev bildirib ki, bu suala cavab məhdud vaxt daxilində müzakirənin istiqamətini dəyişə bilərdi və Nikol Paşinyanın özünü gülünc vəziyyətə salan bu tip kənaraçıxmalarına əhəmiyyət verilməməsi ən doğru qərar idi. \\Axar

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93