Azərbaycan toy adətlərindən nələri ixtisar etmək lazımdır? – VİDEOSORĞU

17 May, 2019, 15:29
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Azərbaycanda ən çox müzakirə olunan məsələlərdən biri də toylarımızdakı israfçılığın aradan qaldırılmasıdır. Həmçinin, iki gəncin ailə qurması vəsiləsilə qohum olacaq tərəflərin bir-birinin üzərinə ağır şərtlər qoyması, oğlan evinin alçağı bahalı zinət əşyaları, 4-5 min manat qiymətində olan qızıl dəstləri, bahalı toy maşını, gəlinlik, qız evinin verəcəyi bir neçə otaqlıq mebel, elektronika və digər məişət əşyaları valideynləri ciddi şəkildə çətinliyə salır.

Eyni zamanda, toya qədərki və toydan sonrakı bir çox mərasimlər var ki, artıq insanlar onları da evdə deyil, restoran və şadlıq saraylarında keçirməyə üstünlük verir.

Nəticədə gənclərin xoşbəxtliyi üçün xərclənən pullar daha çox toy mafiyasının, şadlıq evləri sahiblərinin cibinə axır. Hətta vəziyyət o həddə çatır ki, hər iki tərəf, o cümlədən, gənc ailə toydan sonra illərlə kredit ödəmək məcburiyyətində qalır.

Bəs, vətəndaşlar necə düşünür, hansı toy adətlərini ixtisar etmək olar?

Hurriyyet.org bildirir ki, musavat.com bu sualla bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

Respondentlərin maraqlı cavablarını videosorğudan izləyə bilərsiniz.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93