Salam, xoş gəlmisiniz.

"Azərbaycan vətəndaşı nə vaxtadək bu məmurların özbaşınalığına şahidlik etməlidir?!"

2020-01-17 19:15:00

Elcan Hüseyn adlı bir istifadəçi sosial şəbəkələrin birində foto paylaşaraq belə bir şərh yazıb. Sözügedən paylaşımı təqdim edirik:

"Xırdalan-Mehdi Hüseynzadə küçəsi; 3 həftə əvvəl asfaltlanmış yol yenidən dağıdılır. Qazıntı işlərini asfaltlamadan əvvəl edə bilməzdinizmi?! Ölkə rəhbəri Xırdalanda yolların qaydaya salınmasına əvvəl 3 sonra isə 5 milyon manat ayırmışdı. Bu şəkil isə pulların başqa istiqamətdə istifadə edilməsinə dəlalət edir. Rayon rəhbərliyi baş verənlərə hansı don geydirəcək? Məgər ölkə vətəndaşlarının maaşından tutulan vergi hesabına formalaşdırılan büdcədən ayrılan pulu dağıdılmağını görmürlər? Günün günorta çağı növbəti cinayət törədilir. Azərbaycan vətəndaşı nə vaxtadək bu məmurların özbaşınalığına şahidlik etməlidir?"

 

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93