“Azərbaycan yığmasına qalib gəlməyə borcluyuq” – Marko Rossi

17 May, 2019, 12:05
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“AVRO-2020-nin seçmə mərhələsinin qarşıdakı iki oyununda 6 xal qazanmağımızı istəyirəm. Sərt görünmək istəmirəm. Azərbaycan yığmasına qalib gəlməyə borcluyuq”.

Hurriyyet.org xəbər verir ki, bunu Macarıstan millisinin baş məşqçisi Marko Rossi deyib.

Təcrübəli mütəxəssis AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan və Uelslə görüşlərinə həsr olunan mətbuat konfransı keçirib. İyunda baş tutacaq oyunlar barədə danışan M.Rossi iddialı olduqlarını vurğulayıb: “Lakin meydanda hər komandadan olan 11 futbolçu olur və nəticəni indidən demək çətindir. Xorvatiya üzərində qələbədən sonra demişəm ki, Azərbaycanı udmalıyıq. Bakıda asan olmayacaq. Biz səfərdə oynayacağıq. Oradakı rütubətin yüksəkliyi bizim üçün qeyri-adi ola bilər. Lakin qalib gəlməyə çalışmalıyıq. Azərbaycan yığmasını dərindən təhlil etmişəm. Futbolçularını adbaad tanıyıram. Bu işdə heç kim kömək etməyim. Onların oyunlarının videosunu izləmişik. Xüsusilə də son iki matçı analiz etmişik. Onların son iki məğlubiyyətini – Kosovo və Xorvatiya ilə görüşləri, həmçinin Litva ilə yoxlama görüşünə baxmışam. İki futbolçu – hücumçu Ramil Şeydayev və İspaniyada oynayan yarımmüdafiəçini qeyd edə bilərəm. Adətən 4-3-3 və ya 4-1-4-1 sistemi ilə oynasalar da, dəyişikliklər edə bilərlər. Azərbaycan yığmasının müdafiə xətti sabitdir. Hücum edərkən bunu da nəzərə almalıyıq”.

Qeyd edək ki, Azərbaycan – Macarıstan oyunu iyunun 8-də keçiriləcək./ONA/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93