Azərbaycanda deputat koronavirusa yoluxdu – FOTO / YENİLƏNİB

0

Milli Məclisin deputatı Sahib Alıyev COVID-19 virusuna yoluxub.

Hurriyyet.org xəbər verir ki, bu barədə “Report”a açıqlamasında 55 yaşlı deputat özü bildirib.

“Koronavirus testinin nəticəsini aldım, təəssüf ki, nəticə pozitivdir”, – o, əlavə edib.

Koronavirusa yoluxduğu deyilən Sahib Alıyev danışdı Yeni Sabah

*** 13:11

Azərbaycan Milli Məclisinin deputatlarından biri koronavirusa yoluxub. 

Bu barədə “AzPolitika.info”ya mötəbər mənbələrdən məlumat daxil olub.

Müəyyən səbəblərdən həmin deputatın adını çəkməyə ehtiyac görmürük. Ancaq qeyd edək ki, Milli Məclisin sonuncu iclasında deputatlardan Sahib Alıyev, Siyavuş Novruzov, İmamverdi İsmayılov, Fəttah Həydərov, Oqtay Əsədov və bir neçə başqa deputat iştirak etməyib.