Azərbaycanda insan alveri ilə bağlı statistika açıqlandı

14 May, 2020, 18:52
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləriylə 186 insan alveri, o cümlədən 4 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 36 cinayət qeydə alınıb. 

Bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2019- cu il hesabatında qeyd olunub. Bildirilir ki, 10 nəfərdən ibarət  4 cinayətkar qrup zərərsizləşdirilib.  Axtarışı elan olunmuş 35 təqsirləndirilən şəxsdən 54,3 faizi və ya 19-u tutulub.  İnsan alveri və məcburi əmək cinayətlərinə görə başlanmış cinayət işlərindən 27-nin istintaqı tamamlanaraq  27 təqsirləndirilən şəxs ( 5 kişi, 22 qadın) cinayət məsuliyyətinə cəlb edilib. Əvvəlki illərdə cinayət təqibi tamamlanmış şəxslər də nəzərə alınmaqla 42 insan alverçisi barədə ittihamedici hökmlər çıxarılıb.  Müəyyən edilmiş 91 insan alveri qurbanından 89-u Azərbaycan vətəndaşı, 2-si əcnəbi olub ( Tacikistan və Özbəkistan vətəndaşları). Onlardan 54-ü istismar məqsədilə Türkiyə, 16-sı Qətər,  8-i İran,  5-i Rusiyaya aparılıb.  5-i Birləşmiş Ərəb Əmirliklərində, 3-ü Azərbaycanda istismara məruz qalıb.

Zərərçəkənlərdən 78-i Daxili İşlər Nazirliyinin sığınacağına yerləşdirilib. 14 nəfər işlə təmin edilib, 45-i peşə kursuna göndərilib. 58 nəfər ailələrinə geri qaytarılıb. /“Qafqazinfo”/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93