Azərbaycanda koronavirusa yoluxan məhbusların sayı açıqlandı

15 May, 2020, 17:56
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

“Bəzi müəssisələrinin rəhbərləri mövcud çağırışlara əməl etmədiyindən yoluxma faktları artırıb”.

Hurriyyet.org xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB sədri bildirib ki, Bakı Tikiş Evində 64 nəfərə virusa yoluxub və onların müalicəsi hazırda davam edir.

O qeyd edib ki, hazırda ölkədə 46 məhbus koronavirusa yoluxub: “Bu rəqəm əvvəl 33 idi. Daha 13 məhbus virusa yoluxub”.

Qeyd edək ki, mayın 12-də Ədliyyə Nazirliyi penitensiar müəssisələrdə, o cümlədən 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar və əməkdaşlar arasında COVID-19 müayinələri aparıldığı və 33 məhkumda test nəticələrinin müsbət çıxdığı barədə rəsmi məlumat yaymışdı./report/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93