Azərbaycanda koronavirusun ən çox yayıldığı bölgələr açıqlandı

15 May, 2020, 17:40
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Bakı şəhərində koronavirusa yoluxma 47,8 faiz, Gəncə-Qazax bölgəsində yoluxma 13 faiz, Aran zonasında yoluxma 10,3 faiz, Lənkəran zonasında 10,2 faiz aşkarlanıb.

Hurriyyet.org xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, digər bölgələrdə yoluxma 5 faizdən aşağıdır: “Xaricdən idxal olunan yoluxma halı 7,7 faiz təşkil edir. Bakı şəhərinin Yasamal rayonunda yoluxma 17 faiz, Nəsimi rayonunda yoluxma 15,8 faiz, Sabunçu yoluxma 14 faiz, Binəqədi rayonunda 10,5 faiz, Qaradağ rayonunda 9,5 faiz, Nərimanovda 9,4 faiz olub. Bakı şəhərinin digər rayonlarında yoluxma 8 faizdən aşağı olub”./azvision.az/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93