“Bu idarəetmə daha çox feodalizmə xas olan cəhətlərə malikdir” – QUBAD İBADOĞLU

27 May, 2020, 11:22
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 2 xal, ortalama: 5,00
Loading...

“Nə dövlət idarəçiliyi, nə də şirkət menecmentinə uyğun gəlmir”

 “Bəzən hazırkı hakimiyyətin idarəetməsi ilə  şirkət menecmenti arasında paralellər aparırıq. Hətta daha uzağa gedib deyirik ki, İlham Əliyev Azərbaycanı öz şirkəti kimi necə istəyir, elə də idarə edir. Əslində, bu müqayisə 2 səbəbdən uğursuzdur”. Hurriyyet.org xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.

“Elə bil ki, ölkə bir kəndə bənzəyir”

 Q. İbadoğlunun sözlərinə görə, birincisi, şirkətlər adətən öz pullarını və ya kredit  vəsaitlərini istifadə edir, hazırkı hakimiyyət isə xalqın pullarını və xaricdən aldığı borcları xərcləyir: “İkincisi, şirkətlər ən azından öz səhmdarlarına hesabat verir, onlara dividend, işçilərinə isə normal əmək haqqı ödəyir, hazırkı hakimiyyət isə yetərincə  sosial yardımlar və  maaşlar ödəmir, niyə belə etdiyi barədə  xalqa  hesabat da vermir. Odur ki, hazırda Azərbaycanda müşahidə olunan idarəetmə nə dövlət idarəçiliyi, nə də şirkət menecmentinə uyğun gəlmir. Bu, daha çox feodalizmə xas olan cəhətlərə malikdir. Elə bil ki, ölkə bir kəndə bənzəyir, bu kəndin təhkimçi mülkədarları kəndlinin öz torpağını özünə əkdirir, becərdir,  yığım dövründə məhsulunu da əlindən alıb, istədikləri qədər götürüb, qalanını da kəndlilərə satırlar. Rəiyyət  də min bir əziyyətlə qazandığı  pulla məhsulu alıb, töycünü verir, Allaha da şükür edir”.

Şamo EMİN, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93