Azərbaycanda 3 aylıq ərzaq ehtiyatı var – RƏSMİ AÇIQLAMA

8 Aprel, 2020, 16:47
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Azərbaycan aparılan testlərin sayına görə 30-cu yerdədir”. 

Hurriyyet.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, hansısa ölkədə yoluxanların sayının az olması hələ orada virusun az yayılması demək deyil:

“Bəlkə, həmin ölkədə testlər lazımi səviyyədə deyil. Azərbaycanda bu günədək 50 minə yaxın test aparılıb”. 

H. Hacıyev deyib ki, Prezidentin tapşırığı ilə Azərbaycanda yanvar  ayından ərzaq ehtiyatı tam təmin edilib: “Əsas tərəfdaşlarımızla uzun müddətli müqavilələr var”. 

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov da deyib ki, Azərbaycanın 3 aylıq ərzaq ehtiyatı var: “Görülən tədbirlərlə 6 aylıq müddətə də özümüzü sığortalamışıq”. 


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93