Azərbaycanda tanınmış aktyor vəfat etdi

8 Oktyabr, 2019, 15:58
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Azərbaycanda aktyor vəfat edib.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Saprıkin Aleksey Alekseyeviç 64 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, S.A.Alekseyeviç 1955-ci ilin avuqustun 18-də Bakı şəhərində anadan olub.

O, 2000-2009-cu illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, daha sonra isə ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında aktyor vəzifəsində çalışıb. Uzun müddət Azərbaycan Dövlət Akademik Rus Teatrının səhnəsində dram artisti kimi çalışan Aleksey Saprıkin müxtəlif səpkili rəngarəng obrazlar qalereyası yaradıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı aktyorun ölümü ilə əlaqədar başsağlığı verib.

Allah rəhmət eləsin!


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93