Azərbaycanda tibb işçiləri arasında koronavirusa yoluxma mövcuddur – RƏSMİ

8 Aprel, 2020, 16:13
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

“Tibb işçiləri arasında yoluxma halları mövcuddur. Pandemiya xəstəxanasında baş verən bir halımız var”.

Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu hallar pandemiya ilə məşğul olmayan xəstəxanalarda baş verib:

“Asimtomatik pasiyentlər digər patologiyalarla müraciət edir. Tibb müəssisəsində çalışan, xüsusilə orta tibbi personal işinə düzgün yanaşmadıqda belə hallar baş verir. Tibb işçilərinin özlərini qoruması üçün təlimatlar hazılamışıq”.

Sədr qeyd edib ki, tibb işçilərini risklər gözləyir:

“Tibb işçiləri arasında yoluxma hallarının sayı digər ölkələrlə müqayisədə çox deyil. Pandemiya xəstəxanaları lazımi vasitələrlə təhciz olunub. Başqa xəstəxanalarda olan çatışmazlıqlar da aradan qaldırılır”.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93