Azərbaycanın Şuşa ilə bağlı müraciəti BMT-nin rəsmi sənəd kimi dərc olundu

7

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin qurumun baş katibi Antonio Quterreşə Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı ünvanladığı müraciət BMT-nin rəsmi sənədi kimi yayılıb.

Bunu Azərbaycanın XİN-in Mətbuat Xidməti rəisi Leyla Abdullayeva öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, müraciətdə Ermənistan silahlı qüvvələrinin 1992-ci il mayın 8-də Azərbaycanın Şuşa şəhərini işğal etdiyi diqqətə şatdırılıb. Həmin müraciət BMT Baş Assambleyasının sənədi kimi dərc edilib./report/