Azərbaycanın dünya iqtisasiyyatına inteqrasiyası…

4

Bu prosesin öyrənilməsinin nəzəri və konseptual əsasları

Son illərdə qloballaşma prosesində siyasi əngəllərin olması böyük dövlətlərdə mühafizəkar və milliyyətçi siyasi qüvvələrin dövlət idarəçiliyinə gəlmələrinə baxmayaraq, qloballaşma meyilləri hələ də güclənməkdədir. Müasir dunyada qloballaşma davamlı və qarşısı alınmaz bir prosese çevrilmişdir. Ayrı-ayrı ölkələrdə aparılan mühafizəkar siyasətlər isə sadəcə olaraq müəyyən zaman çərçivəsində bu prosesin sürətini azalda bilər. Bucür qapanma siyasətləri bir müddət sonra iflasa məhkumdur. Buna misal olaraq ABŞ-ın idxal olunan polada 25%, alüminiuma isə 10% -lik gömrük rüsumu tətbiq etməsi həmçinin Çin məhsullarının əlavə gömrük rüsumlarına cəlb ediləcəyini elan etməsi, dünyada ticarət müharibəsinin başlamasına səbəb oldu ki, Çin də, adekvat cavab verəcəyini açıqladı bu isə beynəlxalq tica rətə ciddi zərər vura biləcək addımlardır. Ancaq bu prosesin subyektləri tək milli iqtisadiyyatlar deyil, daha önəmli subyekt olan Transmilli şirkətlərdir. Onlar üçün isə prioritet məsələ milli maraqlar yox, mənfəət və yeni bazarlar əldə etməkdir . Bu prosesdən kənarda qalmaq isə qapanmaya və iqtisadi çöküşə gətirib çıxara bilər.

Azərbaycanda dövlətin iqtisadiyyata fəal müdaxiləsi məqsədəuyğun hesab edilir

Dövlət müstəqilliyinin bərpasından sonra keçən qısa dövrdə Azərbaycanın xarici iqtisadi siyasəti və gərgin iqtisadi, siyasi fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərin olmasına rəğmən, dünya təsərrüfat sisteminə inteqrasiyasında eləcə də sosial-iqtisadi inkişafında çox böyük uğurlar əldə edilmişdir. Ən böyük nailiyyət isə Azərbaycan modelinin yaranmasıdır. Yeni yaradılmış iqtisadi inkişafın milli modelləri özü özlüyündə həm dünya sivilizasiyasının nailiyyətlərini, həm də milli xüsusiyyətləri ehtiva edir. Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasını 2 mərhələyə bölmək mümkündür.

I mərhələ 1991-2003-cü illər

I mərhələ 2003-cü ildən sonrakı dövr.

Suverenlik illərində formalaşan iqtisadi inkişaf modeli nəticəsində Azərbaycanın dinamik inkişafı təmin edilmiş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sektoru inkişaf etdirilmiş, strateji valyuta ehtiyatlarının artımı təmin olunmuş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşdırılmış, sahibkarlığa dövlət dəstəyi artmışdır. Aparılan iqtisadi siyasət ölkədə konservativ monetar meyilli qismən açıq tipli liberal-demokratik və sosialyönümlü modelin formalaşmasına gətirib çıxarmışdır. Müstəqilik illərində Azərbaycanın xarici iqtisadi strategiyasına diqqət yetirsək görmüş olarıq ki, ölkəmiz üçün əsas prioritet məsələlər dünya təsərrüfat proseslərində fəal iştirak etmək, eləcə də geoiqtisadi məkanda baş verən tendensiyalara adekvat şəkildə reaksiya verməkdir . İqtisadiyyatın köklü şəkildə yeniləşdirilməsi və siyasi sistemin dəyişdirilməsi Azərbaycan Respublikasının  dünya iqtisadiyyatına inteqrasiyasına münbit şərait yaratmışdır.

Azərbaycanın xarici iqtisadi fəaliyyətinin tənzimlənməsi sistemi və xairici iqtisadi siyasətın istiqamətləri. Xarici ticarət siyasəti Azərbaycanın xarici iqtisadi siyasətinin ən mühüm hissəsidir.Bu siyasət dövlətin əmtəə mübadiləsi sferasına müdaxiləsi dərəcəsindən asılı olaraq iki yanaşmanı özündə əks etdirir: 1. azad ticarət ; 2. proteksionizm. Müstəqilliyimizin ilk illərində azad ticarət prinsiplərinin üstünlük təşkil etdiyi müşahidə ediləs də, hazırda dövlət hər iki yanaşmanın optimal nisbətindən istifadəyə üstünlük verir.

Beynəlxalq birliklə atılan qoşa addımlar

Xarici ticarət siyasətinin mühüm və bügünki gündə Azərbaycan üçün aktual olan istiqaməti ixracın stimullaşdırılması siyasətidir ki, hazırda Azərbaycanda ixracın stimullaşdırılmasının bir neçə metdoundan istifadə etmək daha məqsədəuyğun hesab edilir. Bunların bəziləri aşağıdakılardır:

1. Vergi və gömrük güzəştlərinin tətbiqi. Az müddət ərzində ixracdan maksimum təsir əldə etmək üçün vergi güzəştlərinin həm mənfəətdən vergiyə, həm də dolayı vergılərə tətbiq etmək mümkündür. İxracın inkişafında əhəmiyyətli olan istehsal sahələrinə münasibətdə mənfəətdən vergiyə güzəştlərin tətbıq edilməsi daha effektli olardı

2. İnhisarlarla sənayenin başlıca sahələri arasında olan qarşılıqlı münasibətlərin tənzimlənməsi. İxracatçılara müəyyən güzəştlərin tətbiqi məsələn kommunal xidmətlərin tariflərində güzəştlər, dəmir yolu daşımaları tariflərində və başqa güzəştlər və yaxud da imtiyazlar verilə bilər.

3. Xarici ticarətlə əlaqəli olan sahələrdə investisiya proqramlarının hazırlanması və tətbiqi. Bu cür proqramlar eyni zamanda, həm dövlətin büdcəsindən və ya bankların ayırdığı güzəştli kreditlərin hesabına maliyyələşdirilə bilər. Bu sahədə müəəyyən addımlar atılsa da dövlətin prosesə nəzarətində müəyyən dərəcədə boşluqların olduğu məlumdur. Xüsusilə də ayrılmış vəsaitlərin təyinatına nəzarət daha da artırılmalı həmçinin ixrac edilmiş məhsulların ödənişlərinin ölkəyə gəlməsinə nəzaret prosesi daha da gücləndirilməlidir.

4. Həmçinin də ixracın stimullaşdırılmasında lizinqin mühüm rolu ola bilər. İnkişaf etmiş ölkələrdə isitismar edilən avadanlıq və texnikaların təqribən 60-70%-lik hissəsi lizinq yolu alınıb. Ölkəmizdəki sənaye müəssisələrinin texniki və texnoloji cəhətdən yenilənməsinə kəskin ehtiyac duyulur. Bugün Azərbaycanda lizinqdən istifadə əksər müəssisələrdə istehsalın müassirləşməsini həyata keçirməyə eləcə də rəqabət qabiliyyətinə malik istehsalın yaradılmasına imkan verəcək ki, buda öz növbəsində investisiyalara ehtiyacda gərginliyi qismən azaldacaq. Bugün aqrar sektorda bu tədbirlərdən istifadə edilir ancaq bu da, yetərli şəkildə aparılmır və bu sahədə şəffaflıqla bağlı problemlər mövcuddur. Aqrar sektorla yanaşı sənayedə də dövlət sahibkarlara dəstəyini çoxaltmalıdır.

5. Xarici bazarların mənimsənilməsində yerli müəssisələrə yardım üçün təşkilati və texniki dəstək mexanızminin tətbiqi və səmərəli istifadəsi. Bu da öz növbəsində aşağıdakıları nəzərdə tutur:

· ixracyönümlü müəssisələrə dövlət tərəfindən xarici sifarişlərin alınması və müasir standartlara cavab verən sənaye avadanlıqlarıının əldə edilməsində sahibkarlara dəstəyin göstərilməsi;

· kommersiya informasiyalarının təqdım edilməsi;

· ixracatçıların digər ölkələrdə və ya dövlət və hökumət qurumlarında maraqlarının təmsil edılməsi və s.

6. İxrac-idxal əməliyyatlarının kreditləşdırilməsinin reallaşdırılması üçün güclü kredit təşkilatlarının və bankların yaradılmasına dəstək. Burada ixrac kreditlərinin sığortalanması, həmçinin də ixrac istehsallarının maliyyələşdirilməsini dəstəkləyən böyük bank strukturlarının yaradılması.

7. Azad iqtisadi zonaların digər bir növü olan xüsusi ixracyonümlü və elmi- texniki zonaların yardılması. Qeyd edim ki, son illər bu yöndə müsbət addımlar atılmaqdadır.

Beləliklə, cari xarici iqtisadi siyasətin reallaşması zamanı ölkənin dünya təsərrufat sisteminə inteqrasiyasına xüsusi diqqət verilməli, bununla yanaşı ixtisaslaşma , mövcud ictimai əmək bölgüsü, eləcə də kooperasiyalaşmadan çıxış edərək bu siyasət yüksək texnoloji səvıyyədə reallaşdırılmalıdır ki, ən yüksək şəkildə səmərə götürmək mümkün olsun.

Azərbaycanın dünya təsərrüfatı sistemində əlaqələrinin genişləndirilməsinin xüsusiyyətləri

Xarici iqtisadi əlaqələrin 80 %-lik payını xarici ticarət tutur. Xarici ticarət xarici iqtisadi əlaqələlərin ənənəvi, eləcə də ən çox inkişaf etmiş formasıdır. Beynəlxalq ticarət beynəlxalq əməkdaşlığın əksər növlərini əlaqələndirir. Hər bir ölkə üçün xarici ticarətin rolu əvəzedilməzdir. C.Saksın sözləriylə desək «dünyanın istənilən ölkəsinin iqtisadi nəaliyyətləri xarici ticarətdən asılıdır. Heç bir ölkə dünya iqtisadi sisternindən təcrid olunmuş vəziyyətdə sağlam iqtisadiyyat formalaşdıra bilməz». 21-ci əsrdə qloballaşma prosesi ele bir vüsət almışdır ki, bu proses qarşısıalınmaz olmuşdur. Milli iqtisadiyyatlar bir-biri ilə zəncir kimi bağlanmışdır. Bu zəncirin bir halqasında yaranmış problem digər halqalara öz təsirini göstərir. Bir növ milli iqtisadiyyatlar bir birini tamamlayır. Son bir neçə ildə böyük dövlətlərin siyasi məqsədlər üçün proteksionist iqtisadi siyasət aparmalalarını müşahidə etsək də bucür tədbirlər davamlı ola bilməz və bu həmin ölkələrin öz iqtisadiyyatlarına mənfi təsir etmiş olar. Bu cur addımlar atan ölkələrə qarşı əlbətdəki digər dövlətlərdə adekvat addımlar atır. Ancaq Dünya Ticarət Təşkilatı bu məsələrdə tənimləyici, yumşaldıcı tədbirlər həyata keçirərək beynəlxalq ticarəti liberallaşdırılmasında böyük rol oynayır. Təsadüfü deyil ki, beynəlxalq ticarətin 96 %-i bu təşkilata üzv dövlətlər arasında aparılır. Azərbaycan 23 iyun 1997-ci ildən bu təşkilata üzvlük üçün müraciət etmişdir. Lakin hələ də müzakirələr öz nəticəsini verməmişdir. 2 Avqust 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Dünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Dünya Ticarət Təşkilatının tələblərnə uyğunlaşdırılması üzrə Tədbirlər Planı»-nın təsdiq edilməsi  barədə sərəncamı imzalanmışdır. Hazırda müzakirələr 9-cu mərhələdədir ki, Azərbaycan üzrə İşçi Qrupu yaradılmış və ardıcıl iclaslar keçirilir.

Azərbaycanın ÜTT-yə üzv qəbul edilməsində ölkəmizin əsas məqsədlərinə diqqət yetirək.

Dünya təsərrüfat sisteminə inteqrasiya prosesinin sürətləndirilməsi;

Təşkilata üzv olan ölkələrin bir – birlərinə tətbiq etdikləri güzəştlərdən faydalanmaq;

Dünyanın bir çox ölkələri ilə ÜTT-nin qəbul etdiyi ümumi qaydaların əsasında ticarət əməliyyatları həyata keçirmək;

Ölkəmizdə aparılmaqda olan iqtisadi islahatlara beynəlxalq təşkilatlar, eləcə də digər ölkələr tərəfındən yardımın artırılması;

ÜTT qaydalarının tətbiqindən sonra yüksək həcmdə birbaşa xarici investisiyaların ölkəyə cəlb edilməsini təmin etmək;

ÜTT -nin ticarət mübahisələrin həlli mexanizmlərindən istifadə etmək imkanının əldə edilməsi.

ÜTT-yə üzvlüyün Azərbaycanın iqtisadiyyatına müsbət təsirləri aşağıda qeyd etdiklərimiz ola bilər.

ÜTT-yə qoşulmaqla ölkəmizin dünya iqtisadiyyatına daha da sıx eləcə də, səmərəli şəkildə inteqrasiya olunması Qeyri- neft sektoruna xarici investisiyaların cəlbinin genişləndirilməsi

— Milli iqtisadiyyatımızda rəqabət qabiliyyətliyin artırılması və qloballaşma proseslərinə vaxtında həmçinin də, düzgün şəkildə adaptasiya olunması Ölkəmizin xarici iqtisadi əlaqələrinin daha da genişlənməsi Ölkənin investisiya və kredit cəlbedicilik risklərinin əhəmiyyətli dərəcədə azalması.  

(ardı var)

“Hürriyyət”