Azərbaycanın Gürcüstana yatırdığı investisiyaların həcmi AÇIQLANDI

10 İyun, 2019, 10:16
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Bu ilin I rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 15,4 mln. dollar investisiya qoyub.

Hurriyyet.org xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin rüblük hesabatında bildirilib.

Yanvar-mart aylarında Azərbaycanın yatırdığı sərmayələrin Gürcüstanın ümumi birbaşa xarici investisiyalarında payı 5,5% təşkil edib. Azərbaycan sərmayələrin həcmi baxımından qonşu ölkənin 6-cı böyük investoru olub. Ötən ilin I rübü ilə müqayisədə Azərbaycanın Gürcüstana yatırdığı investisiyaların həcmi 41,2 mln. dollar və ya 72% azalıb.

Hesabat dövründə Gürcüstan iqtisadiyyatına, ümumilikdə, 281,1 mln. dollar investisiya yatırılıb ki, bu da illik müqayisədə 6,3% azdır.

Birinci rübdə investisiyaların böyük həcmi sosial və şəxsi xidmətlər fəaliyyəti sahəsi (139,8 mln. dollar), maliyyə sektoru (42,7 mln. dollar) və nəqliyyat sahəsi (28,6 mln. dollar) olub./ report/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93