Azərbaycanın məscidlərində bayram namazı qılındı

5 İyun, 2019, 8:19
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Ramazan bayramı ilə əlaqədar Azərbaycanın bütün məscidlərində bayram namazı qılınıb.

Hurriyyet.org xəbər verir ki, bu gün Ramazan ayının başa çatması münasibətilə saat 09:00-dan etibarən (bəzi məscidlərdə 08:00) Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə bayram namazları qılınıb.

Yüz minlərlə insan məscidlərdə namaz qılıb, dualar edib, Allahdan bağışlanmalarını diləyib. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin ən ağrılı yarası olan Dağlıq Qarabağ probleminin tezliklə həlli, ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua edilib.

"Təzəpir" məscidində bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.

Qeyd edək ki, mayın 5 və 6-da Azərbaycanda Ramazan bayramı qeyd olunur (


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93