Azərbaycanlı futbolçu Fransaya buraxılmadı – Hava limanından geri qaytarıldı

9 Oktyabr, 2019, 8:49
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlını Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları Fransaya buraxmayıb.

Hurriyyet.org AFFA-nın saytına istinadən xəbər verir ki, U-21-in heyətində Fransaya yollanan Bayramlı bu gün AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək.

Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib. AFFA və Fransa Futbol Federasiyası bununla bağlı araşdırma aparır.

"Keşlə"nin futbolçusu ötən mövsüm Latviya təmsilçisi "Dauqavpils"də çıxış edib.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93