Salam, xoş gəlmisiniz.

Azərbaycanlı göz cərrahı Rusiyada rekorda imza atdı - BİR GÜNDƏ 56 ƏMƏLİYYAT

2020-02-14 13:53:00

Azərbaycanlı göz cərrahı Rusiyada rekorda imza atdı - BİR GÜNDƏ 56 ƏMƏLİYYAT

Hurriyyet.org xəbər verir ki, Rusiya Federasiyasının tərkibində olan Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində yaşayan həmyerlimiz, Ufa Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun göz cərrahı Emin Usubov İşimbay Mərkəzi Rayon Həbsxanasında bir gündə rekord sayda əməliyyat apararaq xəstələrə şəfa verib.

Başqırdıstan rəhbərliyinin regionda oftalmoloji xidmətin inkişafı təlimatının yerinə yetirilməsi tədbirləri çərçivəsində briqadası ilə birlikdə İşimbay rayonuna gəlmiş həkim Emin Usubov buradakı xəstələri müalicə edib.

11 fevral tarixində Emin Loğman oğlunun qəbuluna glən 56 nəfərin hamısı əməliyyat olunub və əla görmə nəticələri əldə edilib. Beləliklə, Usubov bir gündə 50 əməliyyat keçirən həmkarı Renat Kazakbekovu arxada qoyub. Həftə ərzində İşimbayda 150 əməliyyatın keçirilməsi planlaşdırılır.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93