Salam, xoş gəlmisiniz.

Azərbaycanlılarla çeçenlər arasında daha bir kütləvi dava - XƏSARƏT ALANLAR VAR

2019-04-16 18:26:52

Azərbaycanlılarla çeçenlər arasında daha bir kütləvi dava - XƏSARƏT ALANLAR VAR

Almaniyanın paytaxt Berlində azərbaycanlılar ilə çeçenlər arasında kütləvi dava olub.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, şəhərin mərkəzi Kurfürstendamm (Kudam) küçəsində "Brasil" restoranında başlayan mübahisə sonda şəhər ətrafında əlbəyaxa dava ilə nəticələnib.
Dava nəticəsində 6-7 nəfər xəsarət alıb ki, bunlardan 4-ü azərbaycanlılardır. Polisdən yayınmaq üçün xəsarət alanlar Almaniyadan çıxarılıb.

Kütləvi davanın biznes mübahisəsi zəmnində baş verdiyi bildirilir.

Xatırladaq ki, bundan öncə fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. İnsident zamanı ölən və xəsarət alanlar olub.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru