Salam, xoş gəlmisiniz.

““Azərsu”nun “sabotaj”ı nəticəsində koronavirusla mübarizə gözlənilən effekti verməyə bilər” - XAQANİ CƏFƏRLİ

2020-03-24 14:19:00

““Azərsu”nun “sabotaj”ı nəticəsində koronavirusla mübarizə gözlənilən effekti verməyə bilər” - XAQANİ CƏFƏRLİ

 “Əllərimizi tez-tez sabunla yumağa “Azərsu” ASC-i “mane olur””

 “Dünyanı cənginə alan, bu günə kimi 16 mindən çox insanın həyatına son qoyan COVID-19 pandemiyasına qarşı mübarizədə əsas vasitələrdən biri gigiyena qaydalarına ciddi riayyət edilməsidir. Bunun əsas şərti isə əlləri tez-tez sabunla yumaqdır. Mütəxəssislər hesab edir ki, əlləri düzgün qaydada, tez-tez sabunla yumaqla virusdan qorunmaq olar. Mütəxəsislərin tövsiyyəsinə əməl edib əllərimizi tez-tez sabunla yumağa isə “Azərsu” ASC-i “mane olur””. Hurriyyet.org xəbər verir ki, “Azərsu” ASC-nin fəaliyyətinə politoloq Xaqani Cəfərli sosial şəbəkə hesabında etirazını ifadə edib.

“Yuyunmaq üçün sabunla bərabər su da lazımdır”

“Məlumdur ki, Bakı şəhərinin çox az hissəsi daimi su ilə təmin edilib. Paytaxtın əksər hissəsinə isə su fasilələrlə verilir. Gün ərzində 6-7 saat su verilən mənzillərin sakinləri əllərini tez-tez sabunla necə yusunlar? Yuyunmaq üçün sabunla bərabər su da lazımdır”,-deyə politoloq əlavə edib.

““Azərsu” ASC-nin paytaxtın bütün sakinləri daimi su ilə təmin etməsində problem olmamalıdır”

X. Cəfərli hesab edir ki, əksər iş yerlərinin, təhsil müəssisələrinin və iaşə obyektlərinin fəaliyyətinin dayandırıldığı bu günlərdə “Azərsu” ASC-nin paytaxtın bütün sakinləri daimi su ilə təmin etməsində problem olmamalıdır. Ən azından saat 7-dən 23-ə kimi bunu etmək lazımdır.

“Ümid edirəm ki, sələflərindən fəallığı və işgüzarlığı ilə seçilən Baş nazir Əli Əsədov, Nazirlər Kabineti yanında Operativ Qərargah bu problemi həll edəcək. Əks halda, “Azərsu”nun “sabotaj”ı nəticəsində koronavirusla mübarizə gözlənilən effekti verməyə bilər”,-deyə politoloq düşünür.

 Şamo EMİN, Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93