Salam, xoş gəlmisiniz.

Azərbaycan qızıl ehtiyatlarına görə dünyada 62-ci yerdədir

2017-05-12 13:58:56

Azərbaycan qızıl ehtiyatlarına görə dünyada 62-ci yerdədir

Hurriyyet.org xəbər verir ki, bu barədə məlumat Ümumdünya Qızıl Şurasının (World Gold Council) hesabatında yer alıb. Hesabata əsasən, Azərbaycanda qızıl ehtiyatı 20 tona bərabərdir. Bu, qızıl valyuta ehtiyatlarının 12,1%-ni təşkil edir.

Qeyd edək ki, qızıl ehtiyatlarının həcminə görə ilk beşliyə ABŞ (8133,5 ton), Almaniya (3377,9 ton), İtaliya (2451,8 ton), Fransa (2435,9 ton) və Çin (1842,6 ton) daxildir.

““https://a24.az/files/uploads/2017/05/227.jpg 544w“ alt=““ width=“659“ height=“444“>

Postsovet ölkələrindən 1680,1 ton qızıl ehtiyatına malik Rusiya siyahıda 7-ci yerdə, 267,7 ton ehtiyata sahib olan Qazaxıstan 21-ci yerdə, 40,7 ton qızıl ehtiyat olan Belarus 48-ci yerdə qərarlaşıb.

Siyahıda 57-ci yerdə dayanan Ukraynanın 25,5 ton, 64-cü yerdə qərarlaşan Tacikistanın 14,6 ton, 79-cu yerin sahibi Latviyanın 6,6 ton, 82-ci yerdə olan Litvanın 5,8 ton və Qırğızıstanın 4,9 ton qızıl ehtiyatı var.

Keçmiş SSRİ-yə daxil olan digər ölkələr iri qızıl ehtiyatları siyahısında TOP-100-ə daxil edilməyib. Ümumdünya Qızıl Şurasında Ermənistan, Özbəkistan və Türkmənistanın qızıl ehtiyatları ilə bağlı məlumat yoxdur.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93