Salam, xoş gəlmisiniz.

Azərbaycanlı sahibkar özünü yandırdı

2017-11-24 14:31:31

Azərbaycanlı sahibkar özünü yandırdı

Korolyov şəhərinin Podlipka stansiyası ətrafında kiçik sahibkarlıqla məşğul olan azərbaycanlı iş adamı, əslən Tovuz rayonundan olan Rövşən Allahverdiyev və ondan “haqq” tələb edən polis əməkdaşı Mixail Vinoqradov arasında mübahisə yaranıb. Mütəmadi olaraq azərbaycanlı sahibkardan pul alan polis kapitanı M. Vinoqradov hadisə baş verən gün R. Allahverdiyevin yanına gəlib. Podlipka stansiyası ətrafında meyvə-tərəvəz piştaxtası olan R. Allahverdiyev bu dəfə polis kapitanına “haqq” verməkdən imtina edib. Bu zaman Vinoqradov onu piştaxtasını yandırmaqla hədələməyə başlayıb və avtomobilindən benzinlə dolu şüşə qab götürərək Rövşənin və piştaxtanın üstünə töküb. Polisin hədəsindən bezən Rövşən kibriti özü alışdırıb. Nəticədə azərbaycanlı iş adamı yanıb.

Podlipka stansiyası ətrafında çalışan digər azərbaycanlılar R. Allahverdiyevi dərhal xəstəxanaya çatdırıblar. Ağır yanıq xəsarətləri alan azərbaycanlı reanimasiyaya yerləşdirilib. Bütün bədəni yanan Rövşənin vəziyyəti ağırdır.

Korolyovda yaşayan azərbaycanlılar sayta bildiriblər ki, hüquq-mühafizə orqanları baş vermiş hadisə ilə bağlı hələ heç bir tədbir görməyib. M. Vinoqradov hələ də azadlıqda gəzir. Azərbaycanlılar kapitanın Podlipka stansiyası ətrafında yerləşən piştaxta və mağaza sahiblərindən mütəmadi “haqq” tələb etdiyini təsdiqləyiblər. Bir qrup azərbaycanlı məlum hadisə və M. Vinoqradovun törətdiyi digər əməllərlə bağlı prokurorluğa şikayət ərizəsi yazıb.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93