AzTv-də müzakirə: Bəzi məmurlar vəzifələrinə hörmət etmirlər

12 May, 2020, 20:03
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Azərbaycan Televiziyasının (AzTV) “Çıxışa doğru” verilişində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri, eləcə də ictimai qınaq və vətəndaş fəallığı müzakirə edilib.

Milli Məclisin deputatı Arzu Nağıyev qeyd edib ki, bəzi məmurlar tutduqları vəzifəyə hörmət etməlidirlər: “Problem ondadır ki, məmurlar öz vəzifələrinə hörmət etmirlər. Göründüyü kimi, cənab Prezident onları təyin edəndə tapşırıq və tövsiyələrini birmənalı şəkildə verir. Məmurlar, eləcə də millət vəkilləri vətəndaşları dinləməli, o problemlərin həlli ilə məşğul olmalıdırlar”.

Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, bəzən vətəndaşların hüquqlarını bilməməsi məmurlara daha rahat hərəkət etməyə imkan verir: “Xüsusilə regionlarda vətəndaşlar öz hüquqlarını bilmirlər. Bu da həm də onunla bağlıdır ki, bölgələrdə əhalinin çox hissəsinin başı daha çox kənd təsərrüfatı işlərinə qarışıqdır, sosial şəbəkələrdən bir qədər uzaqdırlar və s. Ancaq biz problemin həlli yollarını axtarmalıyıq. Bəzən müraciətin, şikayətin təkrar olaraq şikayət olunan yerli quruma qaytarılması vətəndaşda məyusluq yaradır”.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əlməmməd Nuriyev bildirib ki, ictimai nəzarət üçün vətəndaşın informasiyaya çıxışı təmin olunmalıdır: “İcra hakimiyyətləri hesabatlarını saytlarında yerləşdirməlidir. Gəlin, baxaq görək, nə qədər icra hakimiyyəti strukturu bunu edir?!”

Ə.Nuriyev qeyd edib ki, yerli icra hakimiyyəti orqanlarının yerli regional idarəetmə forması ilə əvəzlənməsi məsələsini də nəzərdən keçirmək olar: “Bəlkə də yerli icra hakimiyyəti orqanlarını yerli regional idarəetmə formasına qaldırmalıyıq. Bəlkə də bələdiyyələrin səlahiyyətini artırmalıyıq. Antikorrupsiya mədəniyyətini inkişaf etdirməliyik”. \\Azxeber


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93