AzTV-nin baş redaktoru koronavirusdan öldü

0

AzTV-nin daha bir əməkdaşı koronavirusdan vəfat edib.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, telekanalın Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev COVID -19 infeksiyasının qurbanı olub.

Məlumata görə, 53 yaşlı E.Babayev Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yerləşdirilmişdi.

Mərhum bir çox televiziya layihələrinin, bədii-publisistik, sənədli, musiqili video və qısametrajlı filmlərin rejissoru kimi tanınıb.

Qeyd edək ki, iyulun 1-də AzTV-nin rejissoru Samir Nemətzadə də koronavirusdan dünyasını dəyişmişdi.

Allah rəhmət eləsin…