AzTV-yə yeni mətbuat katibi təyin olundu

1

“Azərbaycan Televiziya və Radio verilişləri” QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsinə yeni rəis təyin olunub.
Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Rəfiyeva Nərgiz Ağəli qızı təyinat alıb.

Qeyd edək ki, N. Rəfiyeva 2020-ci ilin əvvəlindən həmin şöbənin rəis müavini vəzifəsində çalışıb. O, tutduğu yeni vəzifədə şirkətin inkişaf strategiyasını davam etdirəcək və şirkətin təqdim etdiyi məhsulların tanıtımını həyata keçirəcək.

N.Rəfiyeva uzun illər jurnalistika, marketinq və ictimaiyyətlə əlaqələr sahəsində çalışıb.