Bərbərxana və gözəllik salonları belə işləyəcək – YENİ QAYDALAR

2 May, 2020, 16:06
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Pandemiya dövründə bərbər və gözəllik salonlarının fəaliyyətinə dair qaydalar müəyyənləşib. 

Hurriyyet.org-un xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Baş Dövlət Sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib.

Qaydalarda bildirilir:

• Onlayn növbə qəbul sisteminin tətbiqi;

• Əllərin yuyulması: İş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır;

• İş önlüyü: Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir;

• Müştəri önlüyü: Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır;

• Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir;

• Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərik, tibbi maska və əlcəkdən istifadəsi məcburidir;

• Dəsmalların istifadəsi: Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır;

• Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq dezinfeksiya edilməlidir;

• Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir;

• Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93