Bərdədə avtomobillər toqquşdu – ÖLƏN VAR

18 May, 2020, 13:36
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Hurriyyet.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, mayın 18-nə keçən gecə Bərdə şəhəri ərazisində şəhər sakinləri İ.Mustafayevin idarə etdiyi “Nissan”, F.Əliyevin idarə etdiyi “KİA” və Gəncə şəhər sakini T.Əliyevin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.

Nəticədə T.Əliyev və sərnişini Elgün Məmmədov, habelə F.Əliyevin sərnişini A.Əliyev xəstəxanaya yerləşdirilmiş, E.Məmmədov orada ölüb.

Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93