Bərdənin icra başçısı Vidadi İsayevin keçirdiyi videokonfrans GÜLÜŞ HƏDƏFİNƏ ÇEVRİLİB – FOTO

7 May, 2020, 11:51
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 3 xal, ortalama: 5,00
Loading...

Xaqani Cəfərli: “Prezidentin sədrliyi ilə keçirilən videokonfransa qatılanların heç birinin tibbi maskadan istifadə etmədiyi görünür”

“Əlbətdə, bu tamamailə normal hal olsa da, Bərdə Rayon İcra Hakimiyyətinin məntiqinə görə karantin rejiminin qaydalarının pozulmasıdır”

“Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirdiyi videokonfrans zamanı icra başçısının və digərlərinin videobağlantıya tibbi maska ilə qatılması sosial şəbəkələrdə gülüş mövzusu olsa da, icra hakimiyyəti budara qeyri-adi nəsə görmür. Bərdə Rayon İcra Hakimiyyətinin açıqlamasında deyilir: “Videokonfrans mayın 2-də keçirilib. Burada qeyri-adi nəsə yoxdur. Karantin rejimi qaydalarına uyğun olaraq icra başçısı və digərləri videobağlantıya tibbi maska ilə qatılıb”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər politoloq Xaqani Cəfərliyə məxsusdur.

Aprelin 14-də prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirənin keçirildiyini xatırladan politoloq qeyd edib ki, maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, kənd təsərrüfatı naziri İnam Kərimovun məruzə ilə çıxış etdiyi müşavirədən yayılan şəkillərdən videokonfransa qatılanların heç birinin tibbi maskadan istifadə etmədiyi görünür: “Əlbətdə, bu tamamailə normal hal olsa da, Bərdə Rayon İcra Hakimiyyətinin məntiqinə görə karantin rejiminin qaydalarının pozulmasıdır. Çünki Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin keçirdiyi videokonfransa qatılanların tibbi maskada olmaları karantin rejiminin qaydalarının tələbləri ilə izah edilir. ABŞ-ın 37-ci prezidenti Ricard Niksona Uotergeyt qalmaqalı ilə bağlı Konqresdə impiçment göstərilməsi ilə bağlı müzakirələr gedərkən məlum olur ki, Nikson ABŞ-ın zəngin şəxslərindən birindən 100 min dollar pul alıb. Nikson pul aldığını inkar etmir. Bildirir ki, dostundan aldığı 100 min dolları istifadə etməyib, üç il seyfində saxlayıb və sonra geri qaytarıb. Konqres üzvləri Niksonu pul aldığına görə deyil, pulu üç il seyfində saxladığına görə sərt tənqid ediblər. Konqres üzvüləri bildiriblər ki, üç il ərzində 100 min dolları dövriyədən kənarda saxlamaqla ABŞ iqtisadiyyatına zərər verdiyini anlamayan ağıl sahibi Birləşmiş Ştatlara rəhbərlik etməyə layiq deyil”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93