Salam, xoş gəlmisiniz.

BƏƏ regionda Ankara ilə Tehranın nüfuzunun artmasından narahatlığını bildirib

2017-12-27 18:04:28

BƏƏ regionda Ankara ilə Tehranın nüfuzunun artmasından narahatlığını bildirib

Hurriyyet.org xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Ənvər Qarqaş İran və Türkiyənin ərəblərə liderlik edə bilməyəcəyini deyib. Qarqaş deyib: “Tehran ilə Ankaranın bölgədəki iddiaları ilə mübarizə aparmaq üçün ərəb aləmi birləşməlidir”.

Qarqaş deyib: “Ərəb dünyası bir döngəyə girib və çıxış yolu ətrafdakı regional iddialara qarşı əməkdaşlıqdır. Məzhəb və partizan yaxınlaşması qəbul edilə bilən bir alternativ deyil. Ərəb dünyası Tehran və Ankara tərəfindən idarə edilməyəcək. Regiondakı geostrateji yarış, mərkəzi Qahirə və Riyad olacaq bir ərəb birliyinə ehtiyac yaradır”.

“Neşnl” (The National) xəbər saytı Qarqaşın açıqlamalarının səbəbinin Ankaranın Qətər ilə güclü münasibətləri və son dövrdə Tehran ilə Ankara arasındakı yaxınlaşma olduğunu bildirib.

Hurriyyet.org

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93