Salam, xoş gəlmisiniz.

Bakı-Şamaxı yolunda ağır qəza: 7 nəfər yaralandı - FOTOLAR

2017-10-12 18:48:18

Bakı-Şamaxı yolunda ağır qəza: 7 nəfər yaralandı - FOTOLAR

Hurriyyet.org  apa-ya istinadən xəbər verir ki,  hadisə bu gün saat 17:00 radələrində yolun 78-ci kilometrliyində, Qobustan rayonunun Ceyrankeçməz adlı ərazidə qeydə alınıb. İki “Mercedes“ markalı minik avtomobilinin toqquşması nəticəsində Ağsu və İsmayıllı rayon sakinləri olan 7 nəfər ağır xəsarət alıb.

Məlumata görə, 1983-cü il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlu, 1978-ci il təvəllüdlü Sadıqova İradə Allahverdi qızı, 1986-cı il təvəllüdlü Günəşov Nicat Hacıbala oğlu, 1991-ci il təvəllüdlüQurbanzadə Fuad Bəhram oğlu, 1982-ci il təvəllüdlü İbrahimov Rabil Əbülfət oğlu, 1990-cı il təvəllüdlü Niftalıyev Vüqar Arif oğlu təcili yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə səbəbindən yolda nəqliyyat sıxlığı yaranıb və avtomobillərin hərəkəti təxminən 20 dəqiqə məhdudlaşıb. Yol polisi əməkdaşları hadisə yerinə gəldikdən sonra nəqliyyatın hərəkəti təmin olunub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

““ 

““ 

““ 


Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru