Bakıda zəncirvari qəza olub, xəsarət alanlar var – VİDEO

7 Oktyabr, 2017, 10:30
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz (Ulduz ver)
Loading...

Bakıda zəncirvari qəza olub, xəsarət alanlar var.

Hurriyyet.org xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Azadlıq prospektində, Nəsimi Rayon Polis İdarəsinin qarşısında Sərxan Namazov idarə etdiyi “Chevrolet“ markalı avtomobillə hərəkət edən zaman idarəetməni itirib. Nəticədə onun idarə etdiyi nəqliyyat vasitəsi yol kənarında dayanan, taksi fəaliyyəti ilə məşğul olan Vəliyev Nizami Yusif oğlunun idarə etdiyi “VAZ-21012“ markalı avtomobilə çırpılıb. Zərbə o qədər güclü olub ki, “VAZ-21012“ markalı avtomobil qarşısında hərəkətsiz vəziyyətdə dayanan “Priora“-ya çırpılıb. Nəticədə “VAZ-21012“-də olan üç sərnişin və “Chevrolet“in sürücüsü S.Namazov xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır./report/


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93