“Bakı Metropoliteni”nin idarə rəisi işdən çıxarıldı

15

“Bakı Metropoliteni” QSC-nin Hüquq idarəsinin rəisi Adil Atakişiyev öz ərizəsilə vəzifədən azad olunub.

Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədov qeyd edib ki,  o, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri təyin olunub.