Bakı metrosunda yeni qatarlar xəttə buraxılıb – VİDEO

29 İyun, 2020, 20:24
1 Ulduz2 Ulduz3 Ulduz4 Ulduz5 Ulduz 1 xal, ortalama: 5,00
Loading...

İyunun əvvəlində Rusiyadan gətirilərək Bakı metropoliteninin vaqon parkına əlavə edilən daha 4 yeni qatardan ikisi artıq xətdədir. Yaxın günlərdə digər iki qatarda da sazlama, sınaq işləri başa çatacaq və onlar da xəttə buraxılacaq.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, yeni vaqonlar Bakı metropoliteninin texniki tələblərinə uyğun istehsal olunub. Vaqonlarda daxili və xarici videomüşahidə sistemləri, qəza, sürüşmə, yanğın əleyhinə ən müasir sistemlər qurulub.

Bütün vaqonlarda sərnişinlərin rahatlığı üçün uşaq və əlil arabalarından istifadə edənlər üçün yerlər ayrılıb.

Bununla yanaşı vaqonların hər birində koronavirusla mübarizə üçün məlumatlandırıcı lövhələr quraşdırılıb. Lövhələrdə koronavirusdan qorunmaq üçün tövsiyələr əks edilib.

“Bakı Metropoliteni” QSC qarşıdakı iki il ərzində bu tipli daha 8 qatarın gətirilməsini planlaşdırır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Rəsmi e-poçt ünvanımız: [email protected]




Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 070 333 22 85
E-Poçt ünvanımız | [email protected]
Ünvan: AZ 1008, Bakı, akademik Ə.Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93