Salam, xoş gəlmisiniz.

Bakı aeroportunda saxta pasportlu İran vətəndaşları tutuldu

2018-01-09 13:58:04

Bakı aeroportunda saxta pasportlu İran vətəndaşları tutuldu

Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd göstərən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyət davam etdirilməkdədir.

Hurriyyet.org bildirir ki, Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, yanvarın 4-də həyata keçirilmiş tədbirlər nəticəsində sərhədçilər tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroporunda saxtalaşdırılmış Böyük Britaniya vətəndaşlarına məxsus pasportlarla Bakı-London reysi ilə Böyük Britaniya getmək istəyən 30.06.1978-ci il təvəllüdlü Cimen Aysegül və övladı 22.12.2009-cu il təvəllüdlü Cimen Zeynebsu davranışları şübhə doğurduğundan saxlanılıb.

Aparılmış araşdırmalar nəticəsində həmin şəxslərin 01.01.2018-ci il tarixdə İstanbul-Bakı reysi ilə AR-na gəlmiş İİR vətəndaşları 06.12.1979-cu il təvəllüdlü Muhəmmədi Zeynəb Kiomərz qızı və övladı 21.03.2009-cu ul təvəllüdlü Pərvəreş Pəniz Əli qızı olması müəyyənləşdirilib. Qeyd olunan şəxslər saxta pasportları İstanbul şəhərində tanışları olan Məhəmməd adlı İİR vətəndaşından 15000 ABŞ dolları məbləğində pulun müqabilində əldə etdikləri məlum olub.

Hazırda fakt üzrə cinayət işi başlanaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Loading...

Şərhlər


Sağlamlıq


Əlaqə məlumatları

Baş redaktor: Vüqar Məmmədov | 050/070 333 22 85
Ünvan: AZ 1008, Bakı, akademik Ələşrəf Əlizadə küçəsi 13
Telefonlar: (012) 496 10 72, 496 08 35 | (012) 496 98 93
Email: vuqar-mt@mail.ru, hurriyyet@mail.ru