Bakıda avtomobil dirəyə çırpıldı – ÖLƏN VAR

0

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil qəfildən idarəetməni itirərək dirəyə çırpılıb. Qəza zamanı sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, 1992-ci il təvəllüdlü Fərruxzadə Fazil Rəşid oğlu isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.